Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

İndoneziyada vulkan püskürməsi kütləvi evakuasiyaya səbəb oldu


İndoneziyanın Yava adasında vulkan püskürməsi kütləvi evakuasiyaya səbəb olub.

Bəzi şəhərlərdə vulkan külünün qalınlığı 4 santimetrə çatır.

Surabaya, Solo və Joqyakartada hava limanları bağlanıb. Buna səbəb vulkan külünün təyyarə mühərrikləri üçün təhlükəli olmasıdır.

Rəsmilər cümə axşamı, hələ vulkan püskürməsindən əvvəl xəbərdarlıq edərək, vulkanın 10 kilometrlik radiusundakı 36 kəndin 200 minlik əhalisinin evakuasiyasına çağırmışdılar.

Xəbərlərə görə hündürlüyü 1731 metr olan Kelud dağı artıq bir neçə həftə idi ki, tüstülənirdi.

Lakin İndoneziya Vulkan və Geologiya Agentliyi bildirir ki, püskürmə azalmağa başlayıb.

Bu dağın 1919-cu ildə vulkan püskürməsi 5 min insanın ölümünə səbəb olub.
XS
SM
MD
LG