Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:57

Hökumət üzvləri «Sovetski» sakinləri ilə görüşdülər [Video]


Hacıbala Abutalıbov "Sovetski"yə gəldi
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Hacıbala Abutalıbov "Sovetski"yə gəldi

-
Fevralın 18-də 150 nömrəli məktəbdə Bakının «Sovetski» məhəlləsinin sakinləri ilə hökumət nümayəndələrinin görüşü olub.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, görüş başlayan zaman jurnalistləri zaldan çıxarmaq istəyiblər. Lakin sakinlər bunu narazılıqla qarşılayıb və polislə qarşıdurma olub. "Azərbaycanda 1 kişi var"

"Azərbaycanda 1 kişi var"

-
Bakı merinin fikrncə prezidentən başqa kişi yoxdur

Onlar jurnalistlərin zaldan çıxarılmasına mane olublar.

Baş nazirin müavini Abid Şərifovun mikrofonu əlinə alaraq «jurnalistləri zaldan çıxarmaq lazımdır» deməsi yenidən narazılığa səbəb olub.

Daha sonra görüşə BŞİH başçısı Hacıbala Abutalıbov da gəlib. Sakinlər onu narazılıqla qarşılayıblar.

«QAZ, SU, İŞIĞI KƏSMƏK MƏSƏLƏSİ OLMAYACAQ»

Baş nazirin müavini Abid Şərifov bildirib ki, ərazidə kiminsə hotel və ya yaşayış evi tikəcəyi barədə xəbərlər şayiədir:

«Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək».

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, «Sovetski»nin köçürülməsi həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək:

«Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə, o, evindən məcbur çıxarılmayacaq».

Sakinlər 9 bənddən ibarət müraciət oxuyublar. Bu müraciətdə onların tələb və istəkləri əks olunub.

İcra başçısı sakinlərin müraciətinə bir həftə ərzində cavab veriləcəyini bildirib.
XS
SM
MD
LG