Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:27

Vyanada manatı çap edənlər Azərbaycan rəsmilərinə rüşvət veriblər


Azerbaijan -- Rashid Sherif's cartoon
Azerbaijan -- Rashid Sherif's cartoon
Avstriya Mərkəzi Bankının pulların çapı ilə məşğul olan bölməsinin keçmiş rəsmisi Vyanada keçirilən məhkəmə prosesində Azərbaycan və Suriya rəsmilərinə rüşvət verdiklərini bildirib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Fevralın 17-də Vyanada keçirilən məhkəmə prosesində prokuror Volkert Sackmann bildirib ki, Avstriyanın Mərkəzi Bankı Bakı və Dəməşqdən valyuta çapı üçün sifarişlər alıb. Razılaşmaya görə Avstriya bankı həmin ölkələrin milli valyutasını dəyərindən 20 faiz baha çap edib. Həmin artıq 20 faizi (19 milyon dollar) geri sifarişçilərin özlərinə - yəni, Azərbaycan və Suriya rəsmilərinə qaytarıb.

Bu iş üzrə ilk dəfə 2011-ci ilin noyabrında Avstriyada 4 nəfər saxlanıb. Auditorlar o zaman Azərbaycan və Suriya pullarının çapı üçün müqavilələrdə hansısa xidmət haqqı kimi ofşor şirkətlərə külli miqdarda pul ödəndiyindən şübhələniblər.

Məhkəmə prosesi apreli ayı boyunca davam edəcək. Bu iş üzrə ümumilikdə 9 nəfər məhkəmə prosesinə cəlb edilib.

Prosesin gedişində rüşvət pullarının Azərbaycanda konkret hansı məmura verildiyi haqqında da məlumat yoxdur. Ola bilər prosesin gedişində bəzi detallar aydınlaşsın. Hələlik Azərbaycan rəsmilərindən bu ittihamlara hər hansı reaksiya məlum deyil.
XS
SM
MD
LG