Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:38

İranda azərbaycanlı fəalların həbsinin detalları


Həbs edilən fəallar
Həbs edilən fəallar
-

İran Azərbaycanında yaşayan fəallar yeni həbs dalğası ilə üzləşdiklərini bildirirlər.

Həmin fəallardan biri olan Əkbər Paşayi "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, Dünya Ana Dili Günü ərəfəsində - fevralın 20-də Əhər şəhərində təşkil olunmuş mərasimdə 100-dən artıq fəal tutulub.

“Bu il Azərbaycanın muxtəlif şəhərlərində yaşayan fəallar Dünya Ana Dili Gününü qeyd etmək məqsədi ilə Əhər şəhərinə toplandılar. Toplantı Əhər sakini Əkbər Abulzadənin evində keçirilib... Şahidlərin dediyinə görə, mərasim başa çatmadan öncə məmurlar evə girərək ev sahibini aparmaq istəyiblər, ancaq məhkəmə əmri göstərmədikləri üçün məmurlar və milli fəallar arasında münaqişə yaranıb,” deyə Paşayı qeyd edib.

Mill fəal Əkbər Paşayi ilə müsahibə:
Onun sözlərinə görə, təqribən 20 polis maşını ilə hadisə yerinə gedən məmurlar iştirakçıların hamısını saxlayıblar. Tutulanların bəziləri bir neçə saat sonra sərbəst buraxılıb.
Əkbər Paşayi
Əkbər Paşayi


“Həbs edilənlər Əhər şəhərinin 11 və 12 nömrəli Polis Mərkəzlərinə aparılıb. Bəzi tanınmış fəallar, o cümlədən Abbas Lisani, İbrahim Savalan, Ruzbeh Səadəti, Məhəmməd Rəhmanifər, Vəhid Faizpur (Kiyaksar), Meysəm Azadi və Əsgər Əkbərzadə təhlükəsizlik qurumunun nəzarətində ola bilərlər,” deyə Əkbər Paşayi əlavə edib.

Paşayi adlarını qeyd etdiyi şəxslərin keçmişdə də həbs və mühakiməyə məruz qalmış tanınmış yazar, türk dili müəllimi və mədəni fəallar ibarət olduğunu vurğulayıb. Tutulanlardan yazar və türk dili müəllimi Ruzbeh Səadəti qısa bir müddət əvvəl "Amerikanın Səsi"nə müsahibə verib.
Həsən Ruhaninin dil hüquqları ilə bağlı verdiyi sözlər sadəcə xaricdə İran üçün yaxşı bir görüntü yaratmaq məqsədi ilə irəli sürülür.

Əkbər Paşayi


Azərbaycan saytlarının yaydığı məlumata görə, ana dili günü mərasimləri ilə əlaqədar ötən günlərdə digər şəhərlərdə də həbslər baş verib. Ərdəbil vilayətinin Muğan bölgəsində fəallar Səid Hüseyni və Nasir Abdulhüseynzadə, Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlikan) şəhərində isə Səccad Əfruziyan və Kərim Fəyazzinin həbs edildiyi bildirilib.

Bu həbslərin 2007-ci ilin fevral ayından bəri ana dili mərasimləri ilə bağlı baş vermiş ən geniş həbs dalğalı olduğu bildirilir.

Amnesty International 2007-ci il martın 9-da yaydığı hesabatında həmin il 21 fevral Ana Dili Günü etirazları ilə bağlı Urmiyədə təqribən 50, Sulduzda 25, Ərdəbildə 20, Zəncanda 25 nəfərin, Qoşaçay şəhərində isə bir çox etirazçının həbsi ilə bağlı məlumat vermişdi.

Milli fəallar bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən Həsən Ruhani hökumətinin qeyri-səmimiliyi kimi qiymətləndirirlər. Əkbər Paşayi da bu məsələ ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb. Onun dediklərinə görə, Həsən Ruhaninin dil hüquqları ilə bağlı verdiyi sözlər sadəcə xaricdə İran üçün yaxşı bir görüntü yaratmaq məqsədi daşıyır.
XS
SM
MD
LG