Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:54

Jurnalist Xədicə İsmayılın e-maili yoxlanıb


-
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində təkrar ifadə verib. Bildirib ki, dindirilmədə suallar yenə də “Art Garden” restoranında keçirilən görüş barədə olub:

“Yenə də soruşdular ki, həmin iki nəfər məndən dövlət sirrini soruşubmu, Azərbaycanda xüsusi xidmət orqanlarına çalışan adamların siyahısını amerikalılara vermişəmmi? Bildirdim ki, məndə heç bir dövlət sirri yoxdur. Məndə dediyiniz kimi bir siyahı yoxdur. Kompyuterimə də baxış keçirdilər. E-maillərimə, skype ünvanımı yoladılar. Maraqlıdır ki, fevralın 19-da baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı olsa da, həmin vaxt yoxlamadılar”.

Xədicə İsmayıl fevralın 17-də öz “Facebook” səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədi sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir:

MTN-nin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi Azərbaycan mətbuatında Xədicə İsmayılovaya qarşı aparılan kampaniya ilə eyni vaxta təsadüf edir. Haqqın.az, ANS və hökumətin nəzarətində olan digər mediada Xədicə İsmayılın Amerika kəşfiyyatçılarına məlumat ötürməsi iddia olunur.

Xədicə İsmayıl və ABŞ-ın Azərbaycandakı səfirliyi mətbutdakı iddiaları cəfəngiyyat adlandırıblar.

Xədicə İsmayıla qarşı təzqyiqlər bir neçə il əvvəl, onun Azərbaycan prezidentinin ailəsinin ictimaiyyətdən gizli olan biznesi haqda araşdırmalarından sonra başlayıb.

XS
SM
MD
LG