Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

18:29 1.3.2014
PUTİN UKRAYNAYA ORDU MÜDAXİLƏSİNƏ İCAZƏ ALIR

Rusiya prezidenti Vladimir Putin Ukraynda Rusiya Federasiyası silahlı qüvvələrindən istifadə etmək üçün Federasiya Sovetinə (Rusiya parlamentinin palatası) müracitə edib. Günün əvvəlində Rusiya qanunvericiləri prezidenti Ukraynadakı hadisələrə müdaxilə etməyə cağırmışdılar
19:04 1.3.2014
RUSİYA PULSUZ QALA BİLƏR?

Rusiya Ukraynaya müdaxilə etsə Qərb onu necə cəzalandıracaq? Azərbaycanlı ekspert hesab edir ki, Rusiyanın pullarını dondura bilərlər. Ukraynadakı gərginliklə bağlı Rasim Musabəyovıa müsahibəni burada oxu
19:14 1.3.2014
MOSKVA UKRAYNAYA MÜDAXİLƏ QƏRARINI QƏBUL EDİR

Moskvada Federasiya Şuarısının iclasında Putinin müraciəti müzakirə olunur. Prezidentin nümayəndəsi Grigoriy Karasin onun müraciətinin mətnini oxudu. "Rusiya Konstitusiyasının "Q" bəndinin 102 maddəsini və Rusiyanın beynəlxalq müqavilədə nəzərdə tutulan öhdəliklərini əsas tutaraq Krım vilayətində Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün" Rusiya prezidenti Silahlı Qüvvələrdən Ukraynada istifadə olunmasına razılıq istəyir.

Davamı

XS
SM
MD
LG