Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

20:37 1.3.2014
"UKRAYNADA ÜMİD ANCAQ QƏRBƏDİR"
Kırm Azərbayca cəmiyyətinin sədri Rəhim Hümbətovla müsahibənin mətnini burada oxu


21:49 1.3.2014
PUTİN TƏRƏDDÜD EDİR?



"Rusiya silahlı qüvvələrinin ölkə xaricində tətbiqi haqda qərarı prezident verir, belə qərar hələ ki, yoxdur". Bunu Kremlin təmsilçisi nümayəndəsi Dmitriy Peskov Rusiyanın RİA-Novosti agentliyinə bildirib. Federasiya Şurasının Rus ordusunun Krımda istifadəsinə dair qərarını şərh edən Peskov vurğulayır ki, bu, Federasiya Şurasının mövqeyidir, son söz prezidentindir, Putin bu ana qədər hələ ki, belə bir qərar çıxarmayıb.

Xatırladırıq ki, martın 1-də məhz Putinin ordu işlətməsi haqda Federasiya Şurasına müraciət etdiyi bildirlirdi. Bundan sonra NATO, ABŞ prezidenti və Avropa liderləri tərəfindən kəskin bəyanatlar səsləndi. Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovun fikrincə, Rusiyanın Ukraynaya qarşı güc işlətməsi, ölkənin sivil dünyadan təcrid olunması demək olardı.
22:00 1.3.2014

Xarkovda AzadliqRadiosunun əməkdaşına hücum anları (Xarkovda baş verənlər haqda ətraflı bu bloqun saat 19:16-da və 18:12 postlarında)

Davamı

XS
SM
MD
LG