Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:43

ABŞ Rusiyaya sanksiya qoymağa hazırlaşır


Jen Psaki
Jen Psaki
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, əgər Ukrayna hərbi birləşmələrinin təhdid edilməsi haqda xəbərlər doğrudursa, bu, hadisələrin təhlükəli yöndə eskalasiyası olacaq və ABŞ-ın nəzərində bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək.

Psakinin sözlərinə görə, ABŞ hazırda Rusiyaya qarşı mümkün sanksiyaları nəinki nəzərdən keçirir, hətta onları təbiq etməyə hazırlaşır. O deyib ki, bu mənada seçim imkanı böyükdür və ABŞ günahkarların məsuliyyət daşıması üçün onlardan ən uyğun olanlarını seçir.
XS
SM
MD
LG