Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:36

Amnesty İnternational:"Azərbaycan 2 vicdan məhbusunu dərhal azad etməlidir"


“Azərbaycan dərhal və şərtsiz 2 siyasi lideri azad etməlidir”- bu bəyanatı Amnesty İnternational verib.

Bəyanatda deyilir ki, martın 17-də Şəki məhkəməsi Tofiq Yaqublu və İlqar Məmmədova hökmü elan etməlidir. Amnesty İnternational onları “vicdan məhbusu” adlandıraraq yazır ki, bu şəxslər bir il qabaq İsmayıllıda iğtişaşları izləyərkən tutulublar.

“Onlar hökumətin tənqidçiləri olduqlarına görə cəzalanıblar” – bunu isə Amnesty international Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.

Məhkəmə T.Yaqublunu və İ. Məmmədovu günahkar bilsə, onları 12 iləcən həbs cəzası gözləyir.

Krivosheev deyir: “Hakimiyyətdə olanlar Azərbaycanda müxalif fikrə tamamilə etinasızdır. T.Yaqublu və İ.Məmmədov dərhal azad olunmalıdır. Onlara qarşı bütün ittihamlar götürülməlidir”.
XS
SM
MD
LG