Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

Rusiya Krımın anneksiyasını rəsmiləşdirir

Krım respublikası Rusiya Federasiyasının tərkibinə qəbul olundu. Sevastopol şəhəri də ayrıca statusla RF-nın tərkib hissəsi elan olundu. Təntənəli mərasimdə Putin Qərbə Kosovo mütəqilliyini xatırlatdı...

- Martın 16-da Krımda keçirilən referendumda yarımada sakinləri «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olması" lehinə səs verdilər. Separatçı rejim Moskvaya, Krımı Rusiya Federasiyasının tərkibinə qəbul etməsi haqda müraciət etdi

- Matın 18-də Rusiya parlamenti bu müraciətə müsbət cavab verdi. Referendumu tanımayan və Rusiyaya qarşı sanksiya elan edən ABŞ, Avropa Birliyinə istehza ilə cavab verdi.

- Ukraynanın mərkəzi hakimiyyəti faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçlarl beynəlxalq məhkəmə ilə hədələdi.

- Martın 18-də Rusiya prezidenti Vladimir Putin Dumadakı çıxışında Krımın Rusiyaya daxil olunmasını rlan etdi.

Krımda və onun ətrafında baş verən əsas hadisələrin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
15:11 16.3.2014
AzadlıqRadiosunun Xarkovdakı müxbiri Abbas Atilay xəbər verir ki, Xarkovda mitinqçilər “biz şərqi Ukrayna üçün referendum istəyirik” şüarı səsləndirir.
Adamlara referendum kağızları paylanır. Orda göstərilir ki, ya referenduma hə, ya yox deməliyik. Təkliflərdən biri də Rusiyaya birləşməklə bağlıdr.
Mitinqçilər 200 metrlik Rusiya bayrağı açıblar. Xarkov parlamentinin binası qarşısında 1000-ə yaxın polis dayanıb. Camaat Rusiya bayrağını götürüb polisə doğru irəliləyir.

Xarkov
Xarkov


14:56 16.3.2014
XARKOVDAN CANLI YAYIM


Ukraynanın 2-ci böyük şəhəri Xarkovda Rusiyapərəst qüvvələrin mitinqi başlayıb. Onlar Krım referendumunu dəstəklədiklərini deyirlər. Cümə günü burada separatçılarla Ukrayna radikalalrı arasındakı qarşıdurmada 2 nəfər həlak olmuşdu
14:53 16.3.2014
Xarkov şəhərində Krımdakı referendumu dəstəkləyənlərin mitinqi keçirilir. AzadlıqRadiosunun əməkdaşı
mitinqin keçirildiyi meydandan məlumat verir:



Mitinqdə “Krımdakı referendumu dəstəkləyirik, qardaşımız Rusiyadır, biz ondan ayrılmaq istəmirik” şüarları səslənir. Mitinq başlar-başlamaz bir nəfər Krım referendumunun əleyhinə çıxış edib. Deyib ki, “biz Krımda keçirilən referendumu tanımamamlıyıq, bizim Vətənimiz Ukraynadır”. Bundan sonra toqquşma başlayıb. Refendum əleyhin çıxış edən adamı aksiyaçılar döyüb. Ərazidə çox az sayda polis var. Polis döyülən şəxsi avtobusda saxlayır. Camaat da avtobusun ətrafındadır.
14:50 16.3.2014

Rusiyapərəst motoskletçilərin "referendum yürüşü"

Davamı

XS
SM
MD
LG