Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:35

Beynəlxalq birlik qınayır, Rusiya qulaqardına vurur


Vladimir Putin
Vladimir Putin
-
Qərb liderləri Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Krım vilayətini və Sevastopol şəhərini Rusiya Federasiyasının tərkib hissəsi elan edən müqaviləyə imza atmasını pisləyirlər.

NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, Rusiya beynəlxalq hüquq çərçivəsində hərəkət etmək çağırışlarının heç birinə məhəl qoymayıb.

Rasmussen Rusiyanın bu cür təhlükəli yolla gedəcəyi təqdirdə Moskvanın beynəlxaq təcridinin dərinləşəcəyini bildirib.

Vaşinqtonda isə Ağ Evin sözçüsü Jay Carney Krımın Rusiyaya birləşdirilməsini beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olduğunu, Vaşinqton buna cavabında daha çox sanksiya tətbiq edəcəyini söyləyib.

ABŞ prezidenti Barack Obama dünən Almaniyan kansleri Angela Merkellə telefonda böhranı müzakirə edib. Merkelin sözçüsünün dediyinə görə, iki lider Ukraynanın ərazi bütövlüyünə "qəbuledilməz zədə" dəydiyinə dair həmfikirdirlər.
XS
SM
MD
LG