Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:52

ABŞ Rusiyaya sanksiyaları genişləndirir, Moskva da ABŞ-a qadağalarla cavab verir - (Siyahılar)


ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

-
ABŞ Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən anneksiya edilməsinə görə rus rəsmilərinə qoyduğu qadağaları genişləndirib.

Yeni siyahıda ABŞ-ın viza verməyəcəyi, hesablarını donduracağı Rusiya rəsmilərinin, o cümlədən Rusiya prezidentinin icra aparatının rəhbərlərinin adları yer alıb:

1. Yevgeni Bushmin – Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) sədr müavini.

2. Vladimir Djabarov - Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr
Komitəsində sədrin 1-ci müavini.

3. Andrey Fursenko – Rusiya prezidentinin köməkçisi

4. Aleksey Gromov – Rusiya prezidentinin icra aparatı rəhbərinin müavini

5. Sergey İvanov – Rusiya prezidentinin icra aparatının rəhbəri.

6. Viktor İvanov

7. Vladimir Kozhin

8. Yuri Kovalchuk


9. Sergey Mironov – “Ədalətli Rusiya” partiyasının sədri, Rusiya Dumasının
üzvü

10. Sergey Narishkin

11. Viktor Ozerov – Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə
Komitəsinin sədri

12. Oleg Panteleyev – Parlament məsələləri üzrə komitədə sədrin 1-ci müavini

13. Arkadi Rotenberg

14. Boris Rotenberg

15. Nikolay Ryzhkov – Rusiya parlamentinin yuxarı palatasının üzvü

16. İgor Sergun – general-leytenant, Baş Kəşfiyyat İdarəsinin (QRU) yüksək səviyyəli rəsmisi

17. Gennadi Timchenko

18. Aleksandr Totoonov - Rusiya Federasiya Şurasında Mədəniyyət, Elm və İnformasiya Komitəsinin üzvü

19. Vladimir Yakunin

20. Sergey Zheleznyak - Rusiya Dumasının vitse-spikeri

Siyahıya Rusiyanın bir bankı da əlavə edilib: “BANK ROSSIYA”


MOSKVA DA SANKSİYAYA SANSKİYA İLƏ CAVAB VERİR


Rusiya Krm və Ukrayna ətrafında baş verənlərə görə ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq 10 ABŞ rəsmisinə viza qadağası tətbiq edib.

Qadağa tətbiq olunanşəxslər aşağıdakılardır:
  1. Robert Menendez - Senator
  2. Mary Landrieu - Senator
  3. John McCain - Senator
  4. Daniel Coats - Senator
  5. Harry Reid - Senator
  6. John Boehner - Nümayəndələr palatasının sədri
  7. Caroline Atkinson - Prezidentin köməkçisi
  8. Daniel Pfeiffer - Prezidentin köməkçisi
  9. Benjamin Rhodes - Prezidentin köməkçisi.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
XS
SM
MD
LG