Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:02

Zahid Oruc: «Bu divarları söksək, hərdənbir bir-birimizi görsək, nə olar?»


Zahid Oruc
Zahid Oruc
-
«Daşları Qaradağdan gətizdirib qonşularımızla aramızda «Çin səddi» çəkirik». «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Oruc bu fikri səsləndirib. O, toxunduğu problemi belə açıqlayıb:
«Hələ yol kənarları bir qırağa, hamımız qonşularımızdan iri divarlarla ayrılırıq. Bunu milli ənənəmizə necə yeridiblər, bilmirəm. Hasar çəkmək 10 sot əraziyə 3 min 500-4 min manata başa gəlir. Daşları Qaradağdan gətizdirib qonşularımızla aramızda «Çin səddi» çəkirik».
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid

Zahid Oruc onu da deyib ki, hər zaman yenilikçi prinsipləri ilə fərqlənən dövlət başçısı bu məsələyə dair sərəncam versə, yaxşı olar:

«Bu divarları söksək, hərdənbir bir-birimizi görsək, nə olar? Bu, bizim milli bəlamıza çevrilib, gərəksiz bir yükdür, millət bundan azad olmalıdır».

«ƏSAS İNSANLARIN QƏLBLƏRİ ARASINDA HASAR OLMASIN»

Vitse-spiker Bahar Muradova həmin təklifi belə cavablayıb:

«Əsas odur ki, insanların qəlbləri arasında hasar olmasın. Azərbaycan xalqı öz rəhbərini, dövlət siyasətini yürüdəcək şəxsi seçərkən, bir qəlbin, bir ürəyin sahibi kimi çıxış edir... Bu məsələlər ötəridir».

MM sədrinin müavini Valeh Ələsgərov daş hasarların sökülməsi barədə məsələnin gündəlikdə olmadığını əsas gətirərək buna münasibət bildirməyib. O, başqa bir təklifə – ucqar kəndlərin hamısının qazlaşdırılması məsələsinə diqqət çəkib:
«Hər bir kəndə qaz çəkilməsi gözəl bir iş olardı. Amma deputatlar ya özləri hesablasınlar, ya da riyaziyyatı bilən birisindən xahiş etsinlər hesablasın ki, ucqar kəndlərin qazlaşdırılması neçəyə başa gəlir».

Deputat artıq xərclərdən qaçmaq üçün kəndlərdə bioqazlardan istifadə təklifini irəli sürüb:

«Yoxsa, hər kəndə qaz xətti çəkməyə heç bir ölkənin pulu çatmaz».
XS
SM
MD
LG