Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:46

Tofiq Yaqublu dövlətdən 200 min manat istəyir


-
Aprelin 4-də Müsavat başqanının müavini Tofiq Yaqublunun işindən Şəki Apellyasiya Məhkəməsinə şikayət verilib.

Vəkili Nemət Kərimli bildirib ki, şikayətdə Tofiq Yaqubluya bəraət istənilib və 200 min manat maddi təzminat tələb edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmündən İsmayıllı hadisələrində ittiham olunan Anar Həsənov və Səftər Ağamalıyev də Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin martın 17-də çıxarılan hökmü ilə Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edilib.

O, İsmayıllı hadisələrində iştirakda ittiham olunur.
XS
SM
MD
LG