Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:39

AMAY-ın rəhbəri Abdulla Abdullayev həbs olunub


Abdulla Abdullayev
Abdulla Abdullayev
-
Bu haqda aprelin 4-də Baş Prokurorluq məlumat yayıb.

O, 2006-2008-ci illərdə «Birlikbank» ASC-nin Müşahidə Şurasının sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Məlumata əsasən, Abdulla Abdullayev 3 milyon 397 min manatı «AMAY» MMC-nin Xətai rayonunda yerləşən binasının təmirinə sərf etməklə dövlətin mənafelərinə zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG