Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

Bakıda benzini 93 qəpiyə qaldırdılar. AI-95-in istehsalı dayandırılır- [Video]


Bakıda benzini 93 qəpiyə qaldırdılar. AI-95-in istehsalı dayandırılır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Bakıda benzini 93 qəpiyə qaldırdılar. AI-95-in istehsalı dayandırılır

-
Aprelin 4-ü axşam saatlarında Bakıdakı yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzin bahalaşıb.

Əvvəl 80 qəpiyə satılan AI-95-in qiyməti Tarif Şurasının qərarı olmadan 93 qəpiyə qaldırılıb.

Yanacaqdoldurma məntəqələrində bildirirlər ki, AI-95 bundan sonra olmayacaq. Onu Avropa standartlarına uyğun «AI-95 Premium» benzini əvəzləyəcək. «Premium Euro-95» 93 qəpikdən satılır.

«Azpetrol» MMC-nin mətbuat katibi Camal Zeynalov movqe.az-a məsələni belə izah edib:
«AI-95 bizdə istehsal olunurdu. Artıq «Premium Euro-95» markalı benzin xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. Ona görə də onun qiyməti qalxıb. Gətirilmə xərcinə uyğun olaraq qiymət 93 qəpik müəyyələşdirilib. Onun gələcəkdə artıb-azalması haqqında isə indidən nəsə demək çətindir. Tək «Azpetrol» yox, digər yanacaqdoldurma məntəqələrində də o, satışa çıxarılacaq. Çox ehtimal ki, onlarda da qiymət eyni olacaq. AI-98 markalı benzin kimi, bunu da Rumıniyadan alırıq».

Ötən ilin dekabrında Tarif Şurası AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95-i 60 qəpikdən 80 qəpiyə, dizeli isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.

«Premium Euro-95» və AI-98 markaları xaricdən idxal edildiyindən, onların qiymətini Tarif Şurası tənzimləmir.

AZƏRBAYCANDA AI-95-İN İSTEHSALI DAYANDIRILIR

Dövlət Neft Şirkətindən apa-ya bildirilib ki, Azərbaycan AI-92 markalı benzinin istehsalını davam etdirəcək. AI-95-in istehsalı isə dayandırılır:

«Satışa çıxarılan «Premium Avro-95» markalı benzin xaricdən idxal ediləcək. Benzinə olan tələbat ilbəil artır. Neft emalı zavodlarında benzin istehsalı tələbatı ödəyə bilmir. Hazırda ölkədəki müəssisələr bu keyfiyyətdə yanacaq istehsal etmək gücündə deyil, bu standartlar da qəbul edilməyib. Odur ki, Azərbaycanda AI-95 benzininin istehsalı dayandırılır».
XS
SM
MD
LG