Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:28

Leyla Yunusla bağlı Fransa prezidentinə çağırış


Leyla Yunus
Leyla Yunus
-

Norveçin Helsinki Komitəsi tanınmış insan haqları fəalı Leyla Yunusun saxlanmasını pisləyir və onun həbs oluna biləcəyindən narahatlıq bildirir.

Human Rights Watch hüquq-müdafiə təşkilatı da Leyla Yunusun ötən gecə Bakı aeroportunda saxlanmasına münasibət bildirib. Qurumun Avropa və Orta Asiya bölümünün direktor müavini Rachel Denber yazır ki, aprelin 29-da Leyla Yunus Bakı aeroportundan ona zəng edib:

«Leyla və Arif Brüsseldə konfransa gedirmişlər. Heç nə onların uçuşuna mane ola bilməzdi: nə şübhəlidirlər, nə də hansısa cinayət işində şahid. Onlar dindirilməyə də çağırılmayıblar», Rachel Denber yazır.

FRANCOİS HOLLANDE LEYLA YUNUSLA GÖRÜŞMƏK İSTƏYƏCƏK

O, jurnalist Rauf Mirqədirovun qatıldığı proqramların bəzilərinin Leyla Yunusun təşkilatı tərəfindən təşkil olunduğunu qeyd edir: «İyirmi ildən çoxdur Leyla özünü Ermənistan və Azərbaycan mülki cəmiyyətləri arasında körpülərin qurulmasına həsr edib».

Denber Azərbaycanda azı 30 media fəalı, jurnalist və siyasi fəalın siyasi ittihamlarla həbs olunduğunu, Mirqədirov və Leyla Yunusun da bu kampaniyanı tənqid etdiyini yazır:

«10 gündən sonra Fransa prezidenti Francois Hollande Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə ciddi maraq göstərir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ilə üst-üstə düşür. Ümid edirəm Prezident Hollande Bakıda Leylanı görməyə israr edəcək və azərbaycanlı həmkarına aydın şəkildə bildirəcək ki, onun və Rauf Mirqədirovun azadlığı o və Fransa-Azərbaycan münasibətləri üçün çox mühümdür».
XS
SM
MD
LG