Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:00

Leyla Yunus prokurorluq əməkdaşları tərəfindən təhdid olunduğunu deyir


Leyla Yunus
Leyla Yunus
-

Hüquq müdafiəçisi Leyla Yunus evlərinin dövlət qeydiyyatına dair sənədlərinin (kupça) əllərindən alındığını deyir. Üstəlik hüquq müdafiəçisindən ölkədən çıxmamağa dair iltizam alınmayıb. Bu səbəbdən Leyla Yunus son günlər baş verənlərin tam qanunsuz həyata keçirildiyini bildirir.

Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus həyat yoldaşı, politoloq Arif Yunusla birlikdə aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Üstlərində, ofis və evlərində axtarış aparılıb. Arif Yunus isə xəstəxanaya yerləşdirilib.

«DEDİLƏR SİZİ ZORLAYARIQ»


Hüquq müdafiəçisi AzadlıqRadiosuna açıqlamasında prokurorluq əməkdaşları tərəfindən təhdid olunduqlarını da dilə gətirir:

«Prokurorluğun adını çəkməyən əməkdaşı birinci gün (aprelin 28-də- red.) mənə zəng edib qoxutmağa çalışıb. Deyir «səni Arifin, Arifi sənin gözünün qabağında zorlayarıq. Butulka sözünü işlətdilər. Arifin bu duruma düşməyinə məhz həmin sözlər səbəb olub».

Arif Yunus da AzadlıqRadiosuna müsahibəsində aprelin 25-də prokurorluq əməkdaşları tərəfindən ona zəng edildiyini, nalayiq sözlərlə təhqir olunduğunu deyib.

AzadlıqRadiosu məsələyə Respublika Prokurorluğunun mövqeyini almağa çalışır. Saytımızı izləyin.

#LEYLAYUNUS İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏRİ CANLI BLQODA İZLƏ
XS
SM
MD
LG