Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:40

Leyla Yunus: «Məni təhdid etdilər ki...» [Video]


-
«İşdən sonra» verilişində Leyla Yunus son baş verənlər barədə danışıb.

Leyla Yunusun saxlanması xronikası ilə bağlı CANLI BLOQU burada oxu

«AZƏRBAYCANDA QANUN İŞLƏMİR»
«35 ildir ki, insan hüquqlarının müdafiəsi ilə məşğulam. Siyasi və vicdan məhbuslarının siyahısını hazırlamışıq. Bizdə məhkəmələr notariat kontoru rolunu oynayırlar. Siyasi sifarişlə qərar verirlər. 2009-cu ildən bu yana məhkəmələrin monitorinqini aparırıq. Azərbaycanda qanun işləmir. Məni 24 saat ərzində prokurorluqda saxlayıblar, qanunsuz olaraq pasportlarımızı alıblar. Prokurorluqdan zəng edib təhdid edirlər ki, sənədi imzalamasan yoldaşının gözü önündə səni zorlayacağıq, yoldaşına butulka sıxacağıq. Mənə bütün bunlar təəccüblü gəlmir artıq».

«Biz qanunsuz hökm çıxaran hakimlərin adlarını, siyahısını çıxarırıq. Beynəlxalq təşkilatlar bu siyahıdan istifadə etməlidirlər, həmin hakimləri seminarlara çağırmamalıdırlar, səfirlər viza verməməlidirlər».
«BRÜSSELDƏ KONFRANSDA İŞTİRAK ETMƏLİ İDİM»

«Biz heç bir sənədə qol çəkməmişik ki, ölkədən çıxmayacağıq. Hava limanında saxlanılanda üzərimdə 3000 avro olub. Arif müalicə üçün bankdan pul çıxarmalı idi. Buna da imkan vermədilər. Mən açıq danışıram. Bank hesabımızda cəmi 8 min 741 avro var. Biz Parisə, Brüsselə konfransa getməliydik. Brüsseldə hər şeyi açıq danışmaq istəyirdim. Rauf Mirqədirovu həbs edəndə dedim ki, məqsəd məni və Arifi tutmaqdır. Ona görə də, Fransa səfirliyinin nümayəndələri bizi müşahidə edirdi».
XS
SM
MD
LG