Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:07

And içib ki, Marquez-lə bağlı sirri ölənəcən açıqlamasın


Mario Vargas Llosa, 1982
Mario Vargas Llosa, 1982
-

Peru yazıçısı Mario Vargas Llosa and içib ki, bu günlərdə vəfat etmiş Gabriel Garcia Marquez-lə anlaşmanı ölənə qədər pozmasın – onların düşmən olmalarının səbəbini mətbuata açıqlamasın.

İki Nobel mükafatçısı bir zamanlar yaxın dost olublar, amma 1976-cı ildə düşmənə çevriliblər. Düşmənçiliyin səbəbi isə sirr olaraq qalmaqdadır.

Bu, onilliklərdi şayiə mövzusudur. Bəziləri bu düşmənçiliyi siyasətlə bağlayır, bəziləri isə Llosa-nın arvadı ilə.

“Mənimlə Garcia Marquez arasında anlaşma vardı ki, bu barədə danışmayaq” - deyə 78 yaşlı Llosa kolumbiyalı həmkarının ölümündən sonra jurnalistin ona ünvanladığı suala cavab verib – “O bu razılaşmaya ölənəcən əməl etdi. Mən də edəcəm. Gəlin, bu məsələni bizim bioqraflarımızın öhdəsinə buraxaq, əgər layiq biləcəklərsə, bizimlə bağlı bu məsələni araşdırıb çözəcəklər”.

Marquez solçu idi və Latın Amerikasının Castro, Chavez kimi avtoritar liderləri ilə dostluq edirdi.

Llosa isə əksinə sağçı olaraq sosialist liderləri həmişə sərt tənqid edib.
Gabriel Garsia Marquez
Gabriel Garsia Marquez


Reuters-ə istinadla oxuzali.az
XS
SM
MD
LG