Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:04

Ukraynanın şərqində inzibati binlara və hərbi hissələrə hücumlar


Ukrayna ordusu Kramatorskda
Ukrayna ordusu Kramatorskda
Mayın 3-də silahlı adamlar Luqansk vilayət hərbi komissarlığına hücum ediblər. AzadliqRadiosu Rusiya xidmətinin məlumatına əsasən ərazidə atışma və partlayış səsləri eşidilir.

Eyni zamanda Ukraynanın şərqindəki bu şəhərdə “Luqansk ictimai sektoru” təşkilatının fəalları Aleksei Bida və Anna Mokorusova separatçılar tərəfindən oğurlanıb. Hüquq müdafiəçisi Konstantin Reutskiy AzadlıqRadiosu Ukrayna xidmətinə bildirib ki, girovları ələ Ukrayna təhlükəsizlik xidmətinin (SBU) zəbt edilmiş binasında saxlayırlar.

Şənbə günü Luqansk separatçılarının başçısı, özünü “xalq qubernatoru” elan etmiş Valeriy Bolotov bəyan edib ki, “Çənubi-şərq ordusu”nun qərargahı müharibə elan edərək Kiyevə üzərinə hücuma başlayır.

Qorlovka şəhərində naməlum şəxslər yerli Mütəşəkkil cinayıtkarlığa qarşı mübarizə idarəsinin binasını zəbt edərək onun üzərində separatçıların elan etdikləri “Donetsk xalq respublikasının” bayrağını qaldırıblar. Həmin gün Ukrayna daxili işlər naziri xəbər verirdi ki, bu şəhərdə bir sıra vacib strateji obyektləri yaraqlılardan təmizləyiv. Ukrayna televiziyasında isə Kramotorsun mərkəzi ilə hərəkət edən Ukrayna hərbi tesnika karvanı nümayiş olunurdu.

Donetskdə separatçılar “Rusiya!” sədaları altında Ukrayna təhlükəsizlik xidmətinin Donetskdəki inzibati binasına hücum ediblər. Hücum cəmir bir neçə dəqiqə çəkib. Bina mühafizə olunmadığından separatçılar pəncərələrı sındırıb binanı zəbt ediblər.

Bundan bir qədər əvvəl 8 silahlı şəxsin Ukrayna milli qvardiyasının parturl xidmətinə hücum ediblər. Ukrayna daxili işlər nazirinin xəbərinə əsasən, yaraqlılar Donetskdə Ukrayna ordusuna məxsus obyekti mühafizə edən Milli qvardiya əsgərlərindən qorudulları hərbi hissənin sayı və silahlanması haqda məlumat almağa cəhd ediblər.
XS
SM
MD
LG