Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:47

MTN hüquq müdafiəçisinin evini axtarıb [Video]


MTN Mətanət Əzizovanın evini axtarıb
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
-

BAŞ PROKURORLUĞUN MƏTANƏT ƏZIZOVA ILƏ BAĞLI AÇIQLAMASI

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə hüquqi qeydiyyatdan keçməyən Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı mənzildə məhkəmənin qərarı əsasında axtarış aparıblar.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparılması ilə əlaqədar bildirib.

E. Sultanov deyib ki, evdən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcılar maddi sübut kimi götürülüb.

21:30 - AXTARIŞ BİTDİ

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində MTN və prokurorluq əməkdaşlarının axtarışı başa çatıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Samirə Ağayeva məlumat verib:

«Axtarış 3 saat davam edib. Evdən 3 kompüter, bir neçə flaşkart, telefon kartı və mərkəzə məxsus bəzi sənədlər götürüldü. Axtarışı 4 nəfər MTN əməkdaşı və prokurorluğun 1 müstəntiqi aparırdı».

17:20 - AXTARIŞ BAŞLADI

Mayın 6-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarışa başlayıblar.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva məlumat verib.

Ötən şənbə planlaşdırılan axtarış Mətanət Əzizovanın evdə olmaması səbəbindən təxirə salınmışdı.

Hüquq müdafiəçisi hazırda xaricdə səfərdə olduğundan evdə axtarış onun həyat yoldaşının və vəkilinin iştirakı ilə aparılır.

Mətanət Əzizovanın evində axtarış dövlətə xəyanətdə ittiham olunana jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun evində və Rauf Mirqədirovun Türkiyədə kirayə qaldığı mənzildə də axtarışlar aparılıb.
XS
SM
MD
LG