Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:27

NİDA-çılarla bağlı hökmə etiraz edənlərə 30 sutkayadək həbs cəzası verildi


#NİDA - hökmə etiraz edənlər həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

#NİDA - hökmə etiraz edənlər həbs edildi

-
NİDA-çıların 6 may məhkəmsindən sonra keçirilən aksiyada saxlanan 17 nəfərin məhkəməsidir. Proses Nəsimi rayon məhkəməsində keçirilib. Saxlananlardan 8 nəfəri AXCP, 3 nəfəri Müsavat, qalanları isə Dalğa, Azad Gənclik və NİDA Hərəkatının üzvlərindir. Onların arasında bir nəfər qadın - AXCP üzvü Kəmalə Bənənyarlı da var. AzadlıqRadiosunun əməkdaşı məhkəmə prosesini izləyib. Ən son xəbərlər mətnin yuxarı hissəsindədir.

16:48 – DİN KƏMALƏ BƏNƏNYARLIYA İŞGƏNCƏ VERİLMƏSİNİ TƏKZİB EDİR

NİDA-çılara oxunan hökmə etiraz zamanı saxlanılan AXCP üzvü Kəmalə Bənəniyarlı aparıldığı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb.

Bu haqda AzadlıqRadiosuna partiyanın rəyasət heyətinin üzvü Seymur Həziyev məlumat verib:

“Onunla birlikdə həbs olunanlar bildirdi ki, Kəmaləyə işgəncə verilib. Ona həmçinin mənəvi və psixoloji təzyiqlər də olub. Məhkəmə əvvəl ona 20 gün həbs cəzası vermişdi. Sonradan onun cəzasını 30 günlə əvəzləyiblər”.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən isə deyilənləri təkzib etdilər:

“Bu xəbərləri yayanlar ictimai diqqəti öz üzərlərinə çəkmək istəyənlərdir. Həmin xanım dünən həm məhkəmənin önündə, həm də polis idarəsində özünü aqressiv aparıb, polisləri təhqir edib. Heç bir polis idarəsində işgəncə və təzyiq halı ola bilməz. Həmçinin də Nəsimi Rayon Polis İdarəsində”.

15:00 - MƏHKƏMƏ BİTDİ

Ötən gün saxlanan 17 nəfərdən 4-ü 15-30 sutka həbs cəzası alıb. Qalanlarının bəzilərinə xəbərdarlıq edilib, digərlərinə isə 400-600 manat məbləğində cərimə kəsilib.

14:30 - 400 MANAT CƏRİMƏ

NİDA üzvü Rəhman Məmmədli 400 manat cərimə olunub. AXCP üzvü Rəsul Mürsəlov isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.

13:56 - ETİRAZÇILARA 15-20 SUTKA HƏBS CƏZASI VERİLDİ

AXCP üzvü Kəmalə Bənəniyarlı 30 sutka həbs cəzası alıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bildirdiyinə görə, Kəmalə Bənəniyarlı Binəqədi rayon müvəqqəti təcridxanasına aparılıb. Onun karserə salındığı, bundan öncə isə polisdə saxlandığı zaman işgəncə verildiyi bildirilir.

Müsavat partiyasının üzvləri Tural AbbaslıOrxan Əyyubzadə, həmçinin NİDA-çı Şəfi Səfiyev ayrı-ayrılıqda 15-20 sutka həbs cəzası alıblar.


13:19 – MƏHKƏMƏDƏN YENİ QƏRARLAR

Nəsimi Rayon Məhkəməsi Dalğa Hərəkatının üzvü Hacı Zeynallı barəsində 15 sutka həbs qərarı çıxarıb. Azad Gənclik Hərəkatının üzvü Orxan Rüstəmzadə 400, AXCP Gənclər Komitəsinin üzvü Toğrul İbrahim isə 600 manat cərimə olunub.

12:32 – PROSES VƏKİLSİZ KEÇİRİLİR

Türkel Azertürkün AzadlıqRadiosuna dediyinə görə, ondan vəkildən imtina etməsi və hüquqlarını özünün müdafiə etməsi barədə yazılı iltizam alınıb.

Mayın 6-da saxlanılıb Nəsimi rayon polis idarəsinin 21-ci bölməsinə aparılanda isə ona 8-ci dəfə saxlanıldığını və buna görə barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçiləcəyini deyiblər.

“Amma bir qədər sonra rəis mayın 10-da mənim toyumun olacağını deyib qərarını dəyişdi” deyə, o bildirib.

12:03 - ƏRAZİYƏ POLİS NƏZARƏT EDİR

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, Nəsimi rayon məhkəməsinin qarşısında toplaşanları polis ərazidən uzaqlaşdırır. Jurnalistlərin də ərazidə çəkiliş aparmasına imkan verilmir.

11:40 - 400 MANAT CƏRİMƏ
Artıq saxlananlardan biri - Türkel Azərtürk barədə məhkəmə qərar çıxarıb, o, 298.2-ci maddəylə təqsirli bilinib, 400 manat cərimələnib.

Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz olaraq aksiya keçirlib. Aksiya zamanı 30-a yaxın adam saxlansa da sonradan onların yarısı sərbəst buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə görə NİDA-çılara 6 ildən 8 ilədək həbs cəzası verilib.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. “Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG