Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

BMT ekspertləri Azərbaycana xəbərdarlıq edir


-
Mayın 9-da BMT-nin 2 eksperti Azərbaycanda 2013-cü il prezident seçkisindən sonra 3 insan haqları müdafiəçisinə qarşı ittihamlardan ciddi narahatlığını bildirib.

Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzindən Anar MəmmədliBəşir Süleymanlı, Beynəlxalq Könüllülər İctimai Birliyinin prezidenti Elnur Məmmədova qarşı ittihamlar sırasında səlahiyyətdən sui-istifadə də var. Onlara 12 ilədək cəza verilə bilər.

«Üç insan haqları müdafiəçisinin qanuni işinə, 9 oktyabr seçkisində kütləvi qanunsuzluqlar və insan haqları pozuntularını sənədləşdirdiyinə görə təqib olunmasından narahatıq. Onlara qarşı bütün ittihamlar ləğv olunmalı, Məmmədli dərhal azadlığa buraxılmalıdır», BMT-nin dinc toplaşma və birləşmə azadlıqları üzrə Xüsusi Məruzəçisi Maina Kiai belə deyib.

Azərbaycan ötən ay BMT-nin Qeyri-Hökumət Təşkilatları üzrə Komitəsinin üzvü seçilib.

«Bu üç nəfərə həbs cəzası verilsə, bu, Azərbaycanın BMT Komitəsində son seçiminin ruhuna zidd olacaq», ekspertlər belə bir nəticəyə gəlib.
XS
SM
MD
LG