Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:27

Anar Məmmədli: «Biz siyasi diskriminasiyaya məruz qalmışıq»- [Video]


Anar Məmmədli: «Biz siyasi diskriminasiyaya məruz qalmışıq»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Anar Məmmədli: «Biz siyasi diskriminasiyaya məruz qalmışıq»

-
Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Anar Məmmədli rəhbərlik etdiyi təşkilatın sənədlərinin qaydasında olduğunu bildirib:

«Bizim bütün vergi sənədlərimiz qaydasındadır, biz heç bir pozuntuya yol verməmişik. Bizi qanunsuz fəaliyyətdə ittiham edirlər. Əslində biz siyasi diskriminasiyaya məruz qalmışıq. Bizim təşkilatı qeydə almaq üçün dəfələrlə aidiyyəti orqanlara müraciət etsək də, qeydiyyata almayıblar. Təşkilatımızın qeydiyyata alınmaması siyasi diskriminasiyadır. Tüfeylilikdə ittiham olunan sovet dissidenti İosif Brodskidən hakim soruşur ki, «niyə işləmirsən?». O da cavab verir ki, «iş verin, işləyim». İndi də bizi qanundankənar vəziyyətə salmısız, deyirsiniz ki, qeydiyyatınız yoxdur».

Anar Məmmədli ifadəsində seçkinin nəticələrinə təsir edəcək qanunsuz hərəkətlərə yol vermədiklərini də söyləyib:

«Biz seçkiləri müşahidə edən təşkilatıq, heç bir zaman siyasi mövqe göstərməmişik. Seçkinin nəticələrini də hər zaman müşahidələrə əsaslanaraq hesabatlara salmışıq».

Digər təqsirləndirilən şəxslər - Bəşir SüleymanlıElnur Məmmədli də öz ifadələrində qanunsuz hərəkətlərə yol vermədiklərini bildiriblər.

Növbəti məhkəmə prosesi mayın 15-də keçiriləcək.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG