Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:33

Amerikalı həmsədr Sərsəng su anbarı haqqında yazıb


-
ATƏT-in Amerikalı həmsədri James Warlick öz tvitter hesabında Tərtərdə yerləşən Sərsəng su anbarının fotosunu paylaşıb. O yazıb ki, tərəflərin bu anbardan birlikdə istifadə etməsi xoş addım olardı:

“Bu şəkil Sərsəng su anbarınındır. Tərəflər su resusrslarından bərabər istifadə etsələr bu pozitiv addım olardı”.

Tərtərdə yerləşən Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln. kub metr su tutumu var. İşğaldan öncə Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonun ərazilərindəki əkin sahələri suvarılırdı.
XS
SM
MD
LG