Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:05

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
13:31 31.5.2014

SLAVYANSKDA MÖVQE DÖYÜŞLƏRİ


Bu günlərdə Rusiya mediasının əsas diqqəti Slavyanskdır. Ən çox çox da Ukrayna qoşunlarının uşaq xəstəxanasına atəş açması haqda xəbər təkrarlanır. Ukrayna müdafiə naziri iddia edir ki, bu atəşlər yaraqlılar tərəfindən açılır ki, əhalidə Kiyevə qarşı nifrəti daha da artırsınlar.

Ümumiyyətlə Donbass və xüsusilə də Slavyansk ətrafında bir çox məsələlər çox qaranlıqdır. Ukrayna təhlkükəsizlik qüvvələri iddia edirlər ki, şəhərdəki yaraqlıları müşahidə edir, onları tədricən, addım-addım zərərsizləşdirirlər. Onların məlumatına əsasən, şəhər ətrafında qurulmuş postlar yaraqlılara silah və sursat daşınmasının qarşısını alır. Lakin Slavyanskdakı Rusiyameylli döyüşçülərin nəinki sursatı tükənir, əksinə hər gün onların sərəncamına yeni silah növləri daxil olur, yeni yaraqlı dəstələri şəhərə ayaq açır. Necə? Haradan? Bu suala cavabı Slavyansk ...uşaqları verir.

Bu günlərdə 200-ə yaxın Slavyansk uşaqları şəhərdən çıxarılaraq Krıma göndərildi. Onların avtobusla yola salınma səhnəsini bütün TV kanallar göstərdi. Lakin Ukrayna təhlükəsizlik qüvvələri bu avtobusların şəhərdən çıxması haqda xəbəri təsdiqləmirdi. Çünki onların Slavyasnk ətrafındakı nəzarət məntəqələrindən belə bir avtobus karvanı keçməmişdi. Lakin Slavyanska girib-çıxmaq üçün çoxlu dolayı yollar var. ki, ora Ukrayna ordusu nəzarət edə bilmir. Xəbər verilir ki, uşaqlar dolayısı ilə Luqansk vilayətinə gəlib, oradan da qatarla Krıma yola düşüblər.

Çox güman ki, eyni yollarla Slavyansk silahlı müqavimətinə sursat, silah və canlı qüvvə daxil olur.

Ukrayna ilə Rusiya sərhəddində də eyni vəziyyətdir. Nəhəng ərazilər faktiki olaraq heç kim tərəfindən mühafizə olunmur. Donbassda çeçen yaraqlıları peyda olanda, onların sərhəddən necə keçməsi heç kimdə sual doğurmadı - ara yolları ilə. Eyni yollarla məcara axtaran rus kazaklarının, millətçilərinin, dindarlarının silahlı dəstələri rahat daxil olaraq Ukrayna silahlı qüvvələri ilə döyüşə girir
22:09 30.5.2014

MAYIN 30-DA DONBASSDA


Slavyansk şəhərində Rusiyameylli yaraqlılar minamyot və SAU-dan (hərəkət edən artilleriya maşını) Ukrayna Milli qvardiyasının Karaçun yüksəkliyindəki mövqelərini və şəhərin bəzi məhəllərini atəşə tuturlar. Şəhər xəstəxabasının binasına mərmi düşüb. Ukrayna ordusu iddia edir ki, separatçıların yaşayış ərazisində olan mövqelərinə cavab vermirlər. Yerli əhali uşaqları Slavyasnkdan çıxarır, videogörüntülərin birində bir qrup uşaq Krıma göndərilib. Ukrayna xidmətinin xəbərinə əsasən uşaqların məşhur "Artek" düşərgəsində yerləşdirilməsində söz versələr də, onları başqa - daha sadə düşərgədə yerləşdiriblər.

Artyomovsk şəhərində 20-ə yaxın üzümaskalı yaraqlı şəhər ica hakimiyyətinin binasına gələrək fövqəladə iclas çağırmağı tələb edib. Şahidlərin dediyinə görə, onlar faktiki olaraq binanı zəbt ediblər, yaxınlıqdakı polis əməkdaşları baş verənlərə laqeyddirlər. Separatçıların qərargahında isə iddia edirlər ki, şəhər hakimiyyətinə heç kim hücum etməyib, sadəcə növbədənkənar sessiya çağırmaq tələbi ilə piket keçirlir.

Qorlovka şəhərindən verilən xəbərə əsasən, yaraqlılar islah-əmək koloniyasının rəisini girov götürərək silah otağını açmağı tələb edirlər.

Özünü Luqansk xalq respubilkasının rəhbəri elan etmiş Valeriy Bolotov jurnalistlərə bildrib ki, yerli “İRTA” TV kanalınının yayımını dayandırıb. Kanalın verilişləri separatçı liderin xoşuna gəlməyib, deyir “Kiyev rejimini təbliğ edir”. Kanalın sahibi yerli bisnesmen-siyasətçi Vladimir Landkin-dir
18:45 30.5.2014

DONETSK MƏKTƏBLƏRİNDƏ YARIMÇIQ SON ZƏNG


Mayın 30-da Donetsk orta məktəblərində son zəngdir. Şəhərdəki vəziyyətə görə məktəblərə tapşılıq verilib ki, məzunlar bu bayramı ancaq axşam saat 8-dək qeyd edə bilər. Bunu təhlükəsizlik səbəbi ilə izah edən şəhər polis idarəsindən deyirlər ki, polis patrulları məktəbləri xüsusi diqqətdə saxlayacaq. Adətən orta məktəbi bitirənlər bütün gecəni həyatlarındakı bu əlamətdar günü qeyd edirlər, lakin Ukraynanın şərqindəki gərginliklə bağlı separatçılar Donetskdə və Luqanskda fövqəladə vəziyyət və komandant saatı elan ediblər.

Davamı

XS
SM
MD
LG