Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

Müstəqil teatr pulsuzluqdan səhnəsini itirdi


«Oda» teatrında tamaşa
«Oda» teatrında tamaşa
-

«ODA» Müstəqil Teatrının yerləşdiyi «Zirzəmi» məkanı iyunun 1-də maliyyə çətinlikləri üzündən bağlandı.

Bununla bağlı bəyanat yayan teatr bildirir ki, bu, onların fəaliyyətinin sonu deyil:

««ODA» Teatrı bağlanmayıb. Teatr kollektivi müvəqqəti məkanlarda məşqlərini davam etdirir. Lakin məkanın olmaması teatrın fəaliyyətinə mənfi təsir göstərir. Biz bununla bağlı 23 may 2014-cü il tarixində dövlət büdcəsindən müstəqil teatra maliyyə və yaxud yer ayrılması üçün Prezident Administrasiyasına, Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etdik. Lakin indiyədək teatrın müraciətinə heç bir dövlət qurumu tərəfindən cavab verilmir və aidiyyəti qurumlar rəsmi müraciətlərimizi cavabsız qoyurlar».

«ODA» bildirir ki, ona məkan ayrılmaması «Teatr və teatr haqda» qanunun 4-cü maddəsinin 4.0.1. və 4.0.4. bəndlərini kobud şəkildə pozulması deməkdir:

«Mədəniyyət və Turizm Nazirliyi yeganə müstəqil teatrın müraciətini cavabsız qoymaqla teatr şəbəkəsinin inkişaf etdirilməsində maraqlı olmadığını, müstəqil teatra dövlət tərəfindən dəstək verilmədiyini açıq şəkildə göstərir. Halbuki adıçəkilən nazirlik hər hansı rəsmi müraciəti gözləmədən teatrın məkansız qalma xəbərini tutan kimi həmin teatrla əlaqə yaratmalı və problemin həllində birbaşa iştirak etməli idi».

İstirahət günü olduğu üçün nazirliyin məsələyə münasibətini öyrənə bilmədik.

«Oda» teatrı ötən il fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. Daha sonra teatr «ISR Plaza» otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçüb.
XS
SM
MD
LG