Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:52

Azərbaycanın inkişafı müsbətdir, korrupsiya olmasa...


Neil McKain
Neil McKain
-

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin qiymətləndirməsinə görə, neftlə zəngin Azərbaycan iqtisadi inkişafını şaxələndirmək sahəsində tərəqqi etsə də, sabitliyin saxlanması üçün korrupsiya problemini həll etmək məcburiyyətində qala bilər.

AYİB Bakı ofisinin rəhbəri Neil McKain "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanda 2014-cü il üçün 2013-cü ildə olduğu kimi qeyri-neft sektorunun 9-10 faizlik artımı planlaşdırılmışdı. Ümumi iqtisadi artımın neft istehsalı ilə bağlı bir az yavaşıyaraq 5,8 faizdən 3,7 faizə enəcəyi gözlənilirdi.

«Düşünürəm ki, hökumət bir sıra düzgün siyasətləri ilə doğru yoldadır. Lakin korrupsiya ilə mübarizəyə gəldikdə, tərəqqi bizim görmək istədiyimiz qədər deyil», Neil McKain belə deyib.
Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankı
Cənab McKain bu qənaətdədir ki, Azərbaycanda korrupsiya ilə mübarizə yuxarılardan başlanmalıdır.

Şərhçilər də deyirlər ki, Azərbaycan əhalisinin başlıca narazılığı korrupsiyadan qaynaqlanır.

KORRUPSİYA MİSİR VƏ TUNİSDƏKİNDƏN DƏ PİSDİR

2013-cü ildə Transparency International təşkilatının keçirdiyi Korrupsiyanın Qavranması İndeksində (2013 Corruption Perception Index) Azərbaycan 177 ölkə arasında 128-cidir, bu isə Misir və Tunis kimi ölkələrin göstəricilərindən aşağıdır.

Müsahibədə bildirilir ki, məhz Misir və Tunisdə küçə etirazları mövcud hökumətləri devirib.

«Düşünürəm ki, ölkə liderliyinin başlıca diqqəti sabitliyin qorunub saxlanmasıdır. Bu mənada yalnız korrupsiya ilə mübarizə aparılarsa, stabillik qalib gələ bilər», McKain deyib.

Azərbaycan son onillik ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələri arasında olub. İndi paytaxtda lüks mağazalar bərq vurur, yoxsulluq isə 10 il əvvələ müqayisədə 50 faizdən 10 faizə enib.

AYİB bildirir ki, Azərbaycanda iqtisadi yüksəliş son vaxtlar neftin istehsalı və qiymətləri ilə bağlı yavaşıyıb. İstehsal ötən il sabitləşsə də, bu ilin əvvəllərindən yenidən enməyə başlayıb.

SABİTLİK ÜÇÜN İSLAHATLAR LAZIMDIR


Cənab McKain bildirir ki, AYİB hökumətin neft və qazdan asılılığını azaltmaq cəhdlərini dəstəkləyir. Hazırda bu asılılıq 70 faiz təşkil edir:

«Zənnimcə, hökumət şaxələndirmə haqqında ciddi düşünməyə başlayıb. Əgər hökumət hər il qeyri-neft sektorunda 10 faizlik artıma nail olmaq istəyirsə, islahatlar prosesi daim getməlidir».

Cənab McKain bunu da bildirib ki, maliyyə gücü və regional inteqrasiyanın zəifliyi Azərbaycanı digər keçmiş sovet respublikalarının üzləşdiyi valyuta təlatümlərindən qoruyub.

Hazırda Azərbaycanın valyuta ehtiyatı ildə 20 faiz artır və iyunun 1-nə olan məlumata görə, 15 milyard dollara çatıb.

Neft Fondunun ehtiyatları da daxil olmaqla, ümumi valyuta ehtiyatı 50 milyard dollardır.
XS
SM
MD
LG