Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:51

Avropa yoxsa Avrasiya?


Vüqar Bayramov
Vüqar Bayramov
-

Avropa Komissiyasının prezidenti Jose Barroso iyunun 14-də Azərbaycana gəlir. Bu gün isə Kişinyovda avropalı prezident Moldova ilə sözügedən qitəni təmsil edən birlik arasında assosiativ müqavilənin imzalanması məsələlərini müzakirə edəcək.

Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı Vüqar Bayramov öz facebook səhifəsində yazır ki, Bakıda olan zaman cənab Barroso yalnız rəsmilər ilə deyil, eyni zamanda ekspertlər ilə görüşəcək.

«Bu baxımdan, avropalı prezident ilə şənbə günü canlı müzakirələr aparmaq imkanım olacaq, bununla yanaşı, səfər öncəsi gündəmə gələn sual sadədir: cənab Barrosonun Azərbaycana səfərinin məqsədləri nədir?».

AVROPALI PREZİDENTİN GÜNDƏLİYİNDƏ BU DƏFƏ ENERJİ MƏSƏLƏLƏRİ DAHA AZ YER TUTUR

Vüqar Bayramov bildirir ki, birmənalı şəkildə, avropalı prezidentin gündəliyində bu dəfə enerji məsələləri daha az yer tutur. Həftəsonu səfərində cənab Barroso daha çox Azərbaycan və Avropa Birliyi münasibətlərini müzakirə edəcək. Cənab Barroso-nun səfərini bir cümlə ilə ifadə etsək, o zaman demək olar: Ukrayna böhranından sonra regionda baş verən dəyişikliklər fonunda cənab Barroso Azərbaycana gəlməklə rəsmi Bakıya Brüsselin dəstəyini nümayiş etdirir.

Jose Manuel Barroso
Jose Manuel Barroso
Avrasiya İqtisadi İttifaqı elan ediləndən sonra üzvlük məsələsində Moskvanın Bakıya təzyiqlərinin artacağı gözlənirdi. Azərbaycanın birlikdə və eləcə də Gömrük İttifaqında təmsil olunması həm Rusiya üçün, həm də hər iki qurumun gələcək taleyi baxımından əhəmiyyətlidir. Bunu Brüsseldə də gözəl anlayırlar. Gürcüstan və Moldovadan fərqli olaraq Azərbaycan və Ukraynanın seçim ortaya qoyması heç də asan deyil. Ukraynada baş verən son hadisələr buna bir siqnal idi. Hər iki ölkənin qərarları regionun hansı istiqamətə inteqrasiya etməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan güman edilir ki, Avropa Komissiyasının prezidenti Azərbaycanla Avropa Birliyi arasında strateji yol xəritəsini müzakirə edəcək.

«SIFIR CƏMLİ OYUN»

Azərbaycan 2009-cu ilin mayında Şərq tərəfdaşlığı proqramına qoşulmaqla seçimini edib. Amma şimal qonşumuzun təzyiqləri bu yolda irəliləməyin heç də asan olmadığını göstərir. Ukrayna ərazi bütövlüyünü qorumaq problemi ilə üzləşdi, Ermənistan Moskvaya yenidən rəsmi olaraq «böyük qardaş» dedi.

Avrasiya İqtisadi İttifaqına yeni üzv olan Ermənistanın Avropa Birliyi və Rusiyaya münasibətdə siyasətini təhlil etdikdə, Azərbaycanın bu sahədəki xarici siyasətini uğurlu hesab etmək olar. Avropa Birliyi ilə uzunmüddətli müzakirələr aparan Ermənistanın azad ticarət anlaşmasını imzalamağa bir neçə ay qalmış Rusiyanın Gömrük İttifaqına qoşulması Brüsseldə Yerevana inamın itməsinə gətirib çıxardı. Ermənistan oyun oynadı. Artıq qəbul edilir ki, Rusiya ilə əməkdaşlıq strateji baxımdan «sıfır cəmli oyun»dur.

Azərbaycanın balanlaşdırılmış siyasəti Bakıya hər iki tərəflə münasibətləri davam etdirə bilmək imkanı verir. Bu baxımdan Azərbaycan mövcud siyasətini davam etdirərək, Rusiya faktorunu nəzərə almaqla, Avropaya inteqrasiya siyasətini yürütməlidir. Rusiyanın oyun qaydalarına sığmayan formada fəallaşması Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsini zəruri edir».
XS
SM
MD
LG