Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:45

«İŞİD» nəzarətə götürdüyü ərazilərdə şəriət qanunu yaradacağını deyir


-

Özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran qrup bildirir ki, Mosulda və İraqda nəzarətə götürdüyü ərazilərdə sərt şəriət qanunu yaradacaq. Əl-Qaidə-dən törəmiş bu qrup bildirib ki, şəhər sakinləri ibadətə çıxa bilərlər, ancaq qadınlar «qaydalara görə» evdə qalmalıdır.

Oğruların əllərinin kəsiləcəyi bildirilib. Qrup deyir ki, əsgərlər və polis ya «peşman olduqlarını» söyləməlidirlər, ya da «öləcəklər».

«İŞİD» İraq Bankının Mosul filialından yarım milyard dollar götürdüyünü deyir, ancaq bu məbləğin fondlara verməyin mümkün olduğunu vurğulayıb.

Hazırda «İŞİD» İraqın şimalında, mərkəz və qərbində əraziləri nəzarətdə saxlayır. Qrup Suriyanın şimalşərqində də fəaldır və sərhədin hər iki tərəfində islam dövləti yaratmağa and içib.
XS
SM
MD
LG