Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:03

Tanınmış yazıçı Yazıçılar Birliyindən istefa verdi


Çingiz Hüseynov
Çingiz Hüseynov
-

İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxdığını elan edib.

O, Azadlıq Radiosunun "Oxu zalı"na göndərdiyi istefa ərizəsində yazır:

"Azərbaycan Yazıçılar Birliyinə!

1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşam və bu günədək həmin qurumun varisi Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq qalmışam. Müstəqillik dönəmində AYB qurultaylarının hamısına dəvət olunsam da, sonuncu, XII Qurultaya dəvət olunmadım. Qəribədir, hər il AYB üzvlərinin latın qrafikası ilə çap olunan əsərlərinnin arasında mənim – digərlərini demirəm – “Fətəli fəthi” tarixi romanım da yoxdur. Nəzərə alaq ki, AYB məni rəsmən öz sıralarından çıxardığını elan etməyib, hələ də AYB üzvü sayılırdım. Onu da deyim ki,AYB rəsmiləri 85-illiyimə mənə təbrik teleqramı belə göndərmədilər...

Göstərdiyim səbəblərə görə artıq özümü AYB üzvü kimi hiss etmirəm – Azərbaycan Yazıçılar Birliyindən istefa verirəm.

Hörmətlə Çingiz Hüseynov"


Çingiz Hüseynov 1929-cu ildə Bakıda doğulub. Moskva Dövlət Universitetini bitirib. Filologiya elmləri doktoru, professordur.

Əsərlərini Azərbaycan və rus dillərində yazır.

Ona populyarlığı hakimiyyət strukturlarındakı özbaşınalıq haqda yazdığı "Məhəmməd. Məmməd və Məmiş" (1975) və deqradasiyaya uğramış cəmiyyətdə hakim klanın əməlləri haqda yazdığı "Ailə sirləri" (1986) romanları gətirib. Bundan başqa "Doktor N" və "Fətəli fəthi" romanları ilə tanınıb.

AYB-nin iyunun 17-də keçirilmiş qurultayına 500-ə yaxın nümayəndə dəvət edilmişdi.
XS
SM
MD
LG