Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:49

Milli Məclis dövlət sirri ilə bağlı qanunlarda dəyişikliyə səs verdi

İyunun 20-də parlament kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edib. Andlılar Məhkəməsinə dair fəsil isə «Məhkəmələr və hakimlər haqqında» qanundan çıxarılıb.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

14:48 20.6.2014
Milli Məclis dövlət sirri ilə bağlı qanunlarda dəyişikliyə səs verdi

İyunun 20-də parlament kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edib.

«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» qanunun 7-ci maddəsində dəyişikliyə əsasən, dövlət sirri təşkil edən məlumat, sənəd və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər «Dövlət sirri haqqında» qanuna uyğun yoxlanacaq.

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun 6-cı maddəsində də eyni dəyişiklik edilib.

«Dövlət sirri» haqqında qanunda yeniliyə görə, vəzifəli şəxsin və vətəndaşın tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılmasını prokurorluq və dövlət hakimiyyəti orqanları yoxlayacaq.

Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

Davamı

XS
SM
MD
LG