Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:49

Sünni yaraqlıların «çeçen ulduzu» - Mətbuat icmalı


-

Putini ABŞ əleyhinə yönəldən 2 hadisə. Türkiyədə son bir ilin hadisələri baş nazirləri çoxdan yıxmışdı, Erdogandan başqa. Suriyada, İraqda yüksələn gənc çeçen yaraqlısı.

Dünya mediası bu gün nədən yazır?

PUTİNİ ƏSƏBİLƏŞDİRƏN 2 HADİSƏ

ABŞ-da çıxan aylıq internet jurnalı Atlantic Monthly yazır ki, 2 hadisə Putini ABŞ-ın əleyhinə yönəldib. Vaxtilə Rusiyada ABŞ səfiri olmuş McFaul deyir ki, birincisi 2012-ci ildə Rusiyada Putin əleyhinə müxalifət nümayişləri idi. Kreml həmin nümayişlərin təşkilində hətta ABŞ səfiri McFaulun özünü günahlandırırdı.

İkinci hadisə, McFaulun fikrincə, qışda Ukraynada hakimiyyətin prezident Yanukovichdən rəvan yolla müxalifətə ötürülməsi danışıqları idi. ABŞ hökuməti bu danıqlara yaxından qatılmışdı və ABŞ vitse-prezidenti Biden Yanukovichlə telefonla əlaqə saxlayırdı. Bundan sonra Yanukovich gözlənilmədən Ukrynadan qaçdı və Putin fikirləşdi ki, amerikalılar yenə onu aldatdı. Bu, keçmiş ABŞ səfiri McFaulun izahıdır.

Onun fikrincə, Ukrayna böhranının səbəbini Putinin şəxsiyyətində axtarmaq lazımdır. O deyir: “mən düşünmürəm ki, Putin uşaq kimi oturib, SSRİ-nin bərpasını arzulayır.”Onun fikrincə, Krımın tutulması da sonra Moldovanın bir hissəsinin və şərqi Ukraynanın işğalını nəzərdə tutan böyük strategiyanın ilk addımı deyil.

Eks-səfirin fikrincə, Rusiya Krımı Kiyevdəki hakimiyyətin zəifliyinə görə tutdu, vəziyyəti əlverişli saydı.

ERDOĞAN BAŞQA BAŞ NAZİRLƏRDƏN DEYİL

Financial Times yazır ki, Türkiyədə son bir ildə olan kütləvi etirazlar, korrupsiya qalmaqalları bir çox hökumətləri və baş nazirləri çoxdan yıxmışdı. Ancaq Erdoganı yox. Belə böhrandan çıxmaq hər bir hökumət başçısının arzusudur, Erdogana isə böhrandan çıxmaq azdır. O indi prezident olmaq istəyir.

Qəzet yazır ki. Erdogan prezident seçkisində udmaqla Türkiyəni parlament sistemindən özünün şəxsiyyətinə əsaslanan sistemə yönəltmək istəyir.

O təkcə Türkiyənin 77 milyonluq əhalisinin lideri olmaq istəmir, böhranla dolu Yaxın Şərqin liderinə çevrilmək istəyir. NATO üzvü Türkiyə regionda sabitlik nümunəsidir və Erdoganın siyasi islam ekperimentini hamı izləyir.

Ancaq 2010-2011 –ci illərdə Türkiyənin iqtisadi artımı 9 faiz idisə, indi 4 faizə düşüb. Koc Holdinqin sədri Mustafa Koc deyir ki, “Türkiyədə dövlət institutlarının zəifləməsi iqtisadiyyata kömək etmir, baxmayaraq ki, Türkiyənin çox dinamik özəl sektoru var”. O deyir ki, təmayül dəyişməlidir, müstəqil olduğu deyilən institutlar həqiqi müstəqil olmalıdır.

Qəzet yazır ki, son bir ayda Türkiyədə 2224 hakim və prokuror başqa vəzifələrə keçirilib.

SÜNNİ YARAQLILARIN YENİ ULDUZU: ÇEÇEN KOMANDAN

Washington Post qəzeti yazır ki, Suriyada və İraqda vuruşan gənc çeçen sürətlə İraq və Suriya İslam dövləti təşkilatının ulduzuna çevrilir.

Bu təşkilatın lideri al-Bagdadi kölgədə qalmağı xoşladığı və hətta şəklinin çəkilməsini istəmədiyi vaxt, İSİD-in yayılan videolarında Omar al-Shishani təşkilatın siması olub.

28 yaşlı Al-Shishani Suriyada hərbi komandanlardan biri olub. İndi isə onun İSİD-də baş hərbi komandan ola biləcəyi ehtimal olunur. Bu vəzifəni tutan Abu Abdul-Rahman al-Bilavi iyun ayında Mosul döyüşlərində öldürülüb.

Qəzet yazır ki, Suriyada vuruşan xarici yaraqlıların sayı 10 mindir. Bunlar arasında çeçenlər ən yaxşı döyüşçülər sayılır.

Brooking Doha Mərkəzindən olan ekspert Charles Lister hesab edir ki, İSİD-in İraqdakı və Suriyadakı hərbi əməliyyatları gündəlik uğurlardan asılı olduqca al-Shishani kimi şəxslərin baş hərbi komandana çevrilmək şansı böyükdür.

Al –Shinaninin əsil adı Tarkhan Batirashvilidir. O, Gürcüstandan olan çeçendir. O, Pankisi regionundandır. Batirashvili 2010-cu ildə Türkiyəyə gedib və 2013-cü ildə Suriyada peyda olub. Yaraqlılar arasında ləqəbi “çeçen Ömərdir”. Onun başçılıq etdiyi qrupun adı isə “Mühacirlər və Partizanlar Ordusudur”

Bu qrupda əksəriyyət keçmiş SSRİ-dən olanlardır.

Yaraqlılar qruplarının İslam Cəbhəsi koalisiyasının sözçüsü Hussein Nasser deyir: “Çeçenlər gəliblər və onların bu ölkə haqda heç bir ideyası yoxdur. Başçı nə desə , onu edirlər. Hətta əmir desə ki. uşaqları öldürün, onlar uşaqları da öldürəcəklər”

ABŞ-IN YENİ DOSTLARI: RUSİYA, İRAN, SURİYA?

National İnterest dərgisi soruşur ki, ABŞ yeni müttəfiqləri Rusiya, İran və Suriyadırmı?

National interest yazır ki, İraq baş naziri Maliki yəqin ki, Amerikadan narazıdır. Onu devirmək istəyən sünni yaraqlılar təhlükəsi ilə üzləşdiyi vaxt Malikiyə öz əsas müttəfiqi olan ABŞ-dan çox zəif dəstək gəlir. Malikinin üzünü kömək gələ bilən hər bir ölkəyə çevirməsi təbiidir. İstər Rusiya, istər İran və ya Suriya olsun. Bu ölkələrin hər 3-ü İraqda sünni ekstremizminin əleyhinədir.

Dərgi bu ölkələrdən gələ biləcək köməyə pis baxmır və yazır ki, İraqdakı vəziyyəti düzəltməyə ABŞ-ın lazım olan vacib və xırda addımları atması və bunu “düşmənlərimizin düşmənlərinin köməyi” ilə əlaqələndirməsi kifayət edə bilər.

XS
SM
MD
LG