Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:20

Sabirabadda saqqal davası araşdırılır


Videodan kadr
Videodan kadr

-

İyulun 4-də Youtube-da Sabirabad rayonunda saqqallı şəxsin zorla saqqalının kəsilməsi ilə bağlı video yayılıb.

Telefonla çəkilmiş videoda bir nəfər saqqallı kişini vurur, zorla saqqalını qırxıb onu təhqir edir.

Kənardakılar isə baş verənləri müşahidə edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, hadisə iyulun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında baş verib:

«Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub. Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib. Polis əməkdaşları hər iki şəxsi saxlayaraq rayon polis şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb. Baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək. Heç kimin özbaşına kimsəni cəzalandırmaq, mühakimə etmək hüququ yoxdur».

Buna qədər polisin də zorla saqqal qırxması haqqında xəbərlər yayılırdı. Bir neçə həftə əvvəl isə Saatlı rayonunda vəhhabilərlə yerli molla arasında münaqişə olması haqda məlumat dolaşırdı.

XS
SM
MD
LG