Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

«Donetskdə hələ bu qədər hərbi texnika görən olmayıb»


Donetskdə gərginlik
Gözlə
Embed

No media source currently available

0:00 0:01:05 0:00

Donetskdə gərginlik

-

AzadlıqRadiosu telefonla Donetskdən, “Novosti Donbassa” dərgisinin jurnalisti Mikhail Bagan-dan müsahibə alıb. O, şəhərdəki vəziyyət haqda deyir:

- Yaraqlıalr əsasən şəhərin mərkəzindədirlər. Məndə olan məlumata görə, onların bir qismi də şəhərdəki hərbi hissənin ərazisində cəmləışiblər. Onlar Donetsk milli texniki universitetinin hərbi kafedrasını da zəbt edib, burada hərbi təlimlər keçirlər. Rəsmi məlumatlarda gecə şəhərin 2 rayonunda atışma olduğu bildirilir. Rəsmi xəbərlərə əsasən baş verənlər elə bunlardır.

- Donetskə daxil olan separatçıların planları haqda bir şey məlumdurmu? Bundan sonra nə etmək niyyətindədirlər? Ukrayna hərbçilərinin planları nədir?

- Separatçıların özləri iddia edilər ki, hər şey hələ indi başlayır və hansısa, görünür çox irimiqyaslı əməliyyatlara hazırlaşırlar. Hər halda bu haqda bəyanat verirlər. Ukrayna ordusuna gəlincə, onlar söz verirlər ki, Donetski bombalamayacaqlar, burada ağır texnikadan istifadə etməyəcəklər. Bildiyim qədər hazırda onların əsas diqqəti Slavyansk və Kramatorskun tamamilə təmizlənməsinə yönəlib – burada çoxlu minalar, partlayıcı tələlər quraşdırılıb. Həmin şəhərlərdə hələ də Ukrayna güc strukturları işləyir. Ümumiyyətlə vilayət üzrə, ötən gecə antiterror qüvvələrinin postlarına 3 hücum haqda xəbərim var. Yaraqlılar tərəfdən ölən olmayıb, 1 nəfər yaralanıb.

- Dinc əhalinin ovqatı necədir? Onların şəhərdən çıxarılması üzrə hansısa plan varmı, yoxsa şəhəri tərk etmək istəyənlər onu artıq tərk ediblər?

- Təxliyyyə haqda hansısa rəsmi bəyanat olmayıb. Deyirlər ki, guya humanitar dəhliz yaradılacaq, ancaq hələ də də belə dəhliz yoxdur, həftənin 2-ci gününədək yaradılacağına söz verilib. Sabahı gəzləyirik.

Dinc sakinlərin ovqatına gəlincə, adamlar çalışırlar şəhərin mərkəzinə getməsinlər, evdə qalmağa üstünlük verirlər, onlar qorxurlar, şəhərin mərkəzindəki yaraqlılardan çəkinirlər. Belə bir cəfəng vəziyyətdir! İndiyə qədər şəhərdə bu qədər texnika olmayıb. İnsanlar ölüm xofu içindədirlər.

XS
SM
MD
LG