Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Luqansk aeroportu atəş altındadır


Ukraynanın şərqində separatçılar Luqansk aeroportunu atəşə tutmaqdadır. Bu aeroporta hökumətin anti-terror əməliyyatları (ATO) qrupu nəzarət edir. Xəbəri Facebookda «İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitriy Timchuk yayıb.

Onun yazdığına görə, atəş 6 tankdan və bir BMP-dən açılıb. «Hökumət qüvvələri minomyot atəşilə cavab veriblər», Timchuk qeyd edir. Onun məlumatına görə, yaraqlılar ATO-nun Donetsk vilayətində blokpostu da atəşə tutub. Cavab olaraq artilleriya atəşi açılıb.

Luqansk yaxınlığında separatçılar Metallist qəsəbəsinə atəş açıblar. Semyonovka yaşayış məntəqəsi bazar ertəsi hökumət qüvvələrinin tam nəzarətinə keçib, Timchuk yazır.

Donetsk vilayət administrasiyasının mətbuat xidməti xəbər verir ki, xüsusi əməliyyat zamanı Ukrayna qüvvələri yaraqlıların Slavyanskda saxladığı girovları azad ediblər. Azad olunanlar arasında Slavyanskın keçmiş meri Nelli Shtepa, Kiyev teatrının rejissoru Pavel Yurov, teatr rəssamı Denis Grishuk, jurnalist İrma Krat da var.

Slavyansk şəhər sovetinin binasında böyük silah-sursat arsenalı aşkarlanıb. Bunu da Donetsk vilayət administrasiyasının mətbuat xidməti qeyd edir.

XS
SM
MD
LG