Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

00:18 18.7.2014

AÇIQ SUALLARDAN BİRİ

MH17-nin uçuşu qeyd edən internet saytındakı sonuncu görüntüsü. Sonra nə olub? Bu Malaysia Airlines şirkətinin bu il başına gələn 2-ci müəammadır və hələ bilmək olmaz, hansının sirrini açmaq daha asan olacaq.

MH 17 əgər raketlə vurulubsa, "Buk" adlı zenit-raket sistemindən istifadə olunub. Belə bir sistem həm Ukrayna, həm də Rusiya ordusunda var. Bu raketlərlə az qala stratosferda uçan hədəfləri vurmaq mümkündür. Separatçıların belə bir silahı olub, ya yox? Onlar inkar edirlər, amma Ukrayna-Rusiya sərhəddinin açıqlıq dərəcəsi elədir ki, tank karvanları ilə sərhəddən 100 kilometrə qədər rahat hərəkət edən separatçılar, Rusiyadan bura daha böyük, məsələn, orta və hətta uzaq mənzilli raket sistemləri də gəitrə bilərlər (nəzəri cəhətdən)

00:14 18.7.2014

Flightradar24 saytının məlumatına görə, Malayziya sərnişin təyyarəsi ilə rabitə o, hələ müharibənin getdiyi əraziyə daxil olmamış kəsilib. Təyyarə sonuncu dəfə radarlarda Poltava vilayəti üzərində uçarkən görünüb.

23:54 17.7.2014

UKRAYNA PREZİDENTİ "TERROR" DEDİ


Təyyarə faciəsi ilə bağlı Niderlanda başsağlığı verən Ukrayna prezidenti qəzanın səbəblərinin araşdırılması üçün mütəxəssisləri ölkəyə çağırdı. Bu zaman hadisəni "terror" adlandırdı. Separatçıların nəzarətində olan bir ərazidə Ukrayna hökumətinin necə istintaq aparacağı yaranmış vəziyyətdə açıq qalan suallardan biridir.

ABŞ və Fransa prezidentləri hadisənin araşdırılması haqda danışıblar. B.Obama bunu üçün Ukraynaya lazım olan hər çür yardıma hazır olduqlarını, F.Hollan isə təhqiqatın təcili aparılmasının zəruriliyini deyiblər.

22:56 17.7.2014

MALAYSİYA TƏYYARƏSİNİN YERƏ DÜŞDÜYÜ YER

Malaysia Airlines şirkətinin Amsterdamdan - Kuala Lumpura uçan Boeng 777 təyyarəsində 300-dən artıq adamın olduğu, onlardan 23-nün ABŞ vətəndaşı olduğu bildirilir. Şirkət hadisə ilə bağlı tezliklə mətbuat konfransı keçirəcəyini elan edib.

Davamı

XS
SM
MD
LG