Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:31

Ziyalıya 6 il həbs [Video]


-

​Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, ictimai fəal Bəxtiyar Hacıyev və vəkil Elçin Sadıqov Gəncədə fəaliyyət göstərən «Kamil Vətəndaş» İctimai Birliyinin sədri Həsən Hüseynliyə 6 il həbs cəzası kəsilməsinə münasibət bildirirlər.

«SİFARİŞÇİLƏR QƏDƏR İCRAÇILAR DA TƏQSİRLİDİRLƏR»

Bəxtiyar Hacıyev Həsən Hüseynlinin məqsədinin gəncləri maarifləndirmək olduğunu deyir:

«Həsən Hüseynlinin 6-cı sinifdən tanıyıram. Gəncədən xaricə təhsil almağa gedən gənclərin əksəriyyətinə Həsən Hüseynli dəstək olub. Onun yeganə fəaliyyət istiqaməti gəclərin maarifləndirilməsidir. Həsən Hüseynlinin məhkəməsində iştirak etməyi özümə mənəvi borc bildim. Həsən müəllim aktiv siyasətdən kənar insan idi. Görünür, Gəncə şəhərində onun artan nüfuzu bəzi rəsmi şəxsləri narahat edib. Heç bir tutarlı dəlil olmadan ona 6 il həbs cəzası verdilər. Həsən müəllimin tələbələri göz yaşlarını saxlaya bilmədilər. Ancaq inanmıram ki, hansısa universitetin rektoru həbs olunsa, tələbələr belə reaksiya verərdilər. Onun həbsində sifarişçilər qədər icraçılar da təqsirlidir. Dövlət ittihamçısı canla-başla ona ən yuxarı cəzanı istəyirdi...».

«GƏNCLƏRİ MAARİFLƏNDİRƏN İNSANLAR SIRADAN ÇIXARILIR»

Mirvari Qəhrəmanlı bu həbsi azad gəncliyi boğmaq üçün atılan addım sayır:

«Həsən Hüseynlinin həbsi savadlı, hüquqlarını bilən gənclərə bir mesajdır. Hökumət gəncləri maarifləndirən insanları sıradan çıxarmaq istəyir. Həsən müəllimin həbsi azad gəncliyi boğmaq yolunda atılan addımdır. Azərbaycanın beynəlxalq imicinə məmurlar, icra qurumları tərəfindən bu qədər zərbə vuracaq addım atılmamışdı. Təkcə ədalətsiz qərar verən hakimlər yox, saxta sənədlər toplayan, böhtan atan insanlar da qınanmalıdırlar...».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG