Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

Rauf Mirqədirov Baş Prokurorluğa cavab verib


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

«Baş Prokurorluğun bəyanatını nəzərdən keçirdikdən sonra belə təəssürat yaranır ki, Baş Prokurorluğun ictimai-siyasi xadimlərin və müstəqil jurnalistlərin diskreditasiyası sahəsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair müəyyən bir razılaşması mövcuddur».

Həbsdə olan jurnalist Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyi ilə Baş Prokurorluğun iyulun 17-də onunla bağlı yaydığı məlumatı belə şərh edib.

Rauf Mirqədirova görə, prokurorluğun bəyanatından belə bir nəticə də çıxarmaq olar ki, tərəflər bu istiqamətdə hətta birgə əməliyyatlar belə keçirirlər.

«Yaxın tarixə nəzər saldıqda, məlum olur ki, Baş Prokurorluq buna oxşar qondarma cinayət işlərində saxta sübutların əldə edilməsi məqsədilə Ermənistanın xüsusi xidmət orqanlarında çalışan «Samvel» kimi tiplərdən «məlumatların» əldə edilməsi təcrübəsindən birinci dəfə deyil ki istifadə edir. Mən belə bir sövdələşmənin olduğuna inanmaq istəmirəm və inanmıram. Lakin, istintaqın gedişi məni bir daha əmin edir ki, mənə qarşı törədilən bu fitnəkarlıq Ermənistan və strateji müttəfiqi olan dövlətin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı apardıqları genişmiqyaslı təxribatın kiçik bir tərkib hissəsidir. Təəssüflər olsun ki, Azərbaycandakı nüfuzlu qruplar bu və ya digər səbəblərdən bu geniş təxribatın icraçılarına çevriliblər», - jurnalistin açıqlamasında bildirilir.

İyulun 17-də Baş Prokurorluq və MTN Rauf Mirqədirovla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan vətəndaşları poçt vasitəsilə Baş Prokurorluğa disklər göndəriblər. Həmin disklərdə Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluq etməsi haqqında sübutlar olduğu bildirilir.

2010-cu ilin avqustundan Türkiyədə «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi kimi çalışan Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.

O, dövlətə xəyanətdə ittiham olunur. Jurnalist və vəkilləri bu ittihamları rədd edirlər.

XS
SM
MD
LG