Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:24

Hollandiyalı ekspertlər MH17-nin qəza səbəbini araşdırmağa gəlir


-

İyulun 21-də bir qrup holland ekspertin Ukraynanın şərqində qəzaya uğrayan Malayziya təyyarəsinin aqibətini araşdırmağa gələcəyi gözlənilir. Qəzada 192 vətəndaşını itirən Niderlandın baş naziri Mark Rutte bildirib ki, ekspertlər meyitləri tanımağa yardım edəcək. O, həmçinin meyitlərin qaytarılmasının «birinci prioritet» məsələ olduğunu bildirib. Avstraliyanın baş naziri Tony Abbott isə bildirib ki, qəzanın baş verdiyi ərazi məhkəmə-tibbi ekspertizasından çox «bağın təmizlənməsinə» bənzəyir.

Ötən gün Moskvayönlü separatçılar 200-ə yaxın sərnişinin meyitini soyuducu vaqonlara yığıb.

Ukrayna baş nazirinin müavini Volodymyr Groysman bildirib ki, onlar nəhayət ki, qəza yerindən 250 km şimalda, Xarkovda laboratoriyaya aparılacaq.

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, «Malayziya Hava Yolları»na məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 298 adamın hamısı həlak olub. Qəzadan 4 gün keçsə də qəzanı araşdırmaq üçün gələn beynəlxalq ekspertlərin işinə məhdud imkan yaradılıb.

XS
SM
MD
LG