Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:56

«Sevil»in təsisçisi və direktoru həbs olunub


«Sevil Massivi»
«Sevil Massivi»

-

Tikinti şirkəti olan «Sevil Massivi» MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru Elçin İsmayılov həbs olunublar.

Bu barədə Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda deyilir.

Respublika Prokurorluğu bildirir ki, Vergilər Nazirliyi «Sevil Massivi» MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.

O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.

«Sevil» yetkililəri barədə onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan olunub.

Respublika Prokurorluğu bildirir ki, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyev də istintaqa cəlb olunub, ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

BƏLƏDİYYƏ SƏDRİ DƏ RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNUR

Mirnamat Miradiyevin bələdiyyə ərazisindəki torpaqları A. Zeynalov və E. İsmayılova satmaqla 170 min manat rüşvət alması iddia edilir.

İstintaq hesab edir ki, «Sevil Massivi» MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan «At yalı» və «Sonalı sahəsi» adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.

Respublika Prokurorluğu bildirir ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayan tikinti şirkəti ərazidə çoxmərtəbəli binaların tikintisinə başlayıb.

XS
SM
MD
LG