Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:40

Leyla Yunus: «Bizim binanın qarşısında... iki mülkigeyimli var»


Leyla Yunus
Leyla Yunus

-

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evlərinin önündə şübhəli adamların müşahidə apardığını xəbər verir:

«Bir az əvvəl bizim binanın qarşısında ağ rəngli «Niva» dayandı. Onun içərisində idmançı görkəmi olan iki mülkigeyimli var. Avtomobilin nömrəsini götürmüşük. Elə az əvvəl qonşumuz mənə dedi ki, çölə çıxmayıb, həyətə daha bir neçə maşın gəlib. Bəlkə onlar düşünürlər ki, bu gün bayramdır və belə vaxtda bizim evə hücum etmək olar... İndi biz jurnalistlərə zəng edirik ki, kimlərin imkanı varsa, bu prosesi gəlib çəksinlər».

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus xaricə gedərkən Bakı aeroportunda saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilmişdi.

Bundan sonra hüquq müdafiəçisi prokurorluğun çağırışlarına getməyib. Leyla Yunus bildirir ki, aprelin 28-də onların pasportları və evin sənədləri qanunsuz olaraq götürülüb. O deyir ki, həmin sənədlər qaytarılmayana qədər prokurorluğa getməyəcək.

XS
SM
MD
LG