Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:08

Qərb pulu olmasa, Rusiya biznesi batacaq - Mətbuat icmalı


-

ABŞ mediası Leyla Yunusun həbsi barədə yazır ki, onun tənqidləri Azərbaycan hökumətini çətin vəziyyətə salırdı. Ukrayna böhranında uduzan Rusiyadır, onun uduzduğunu Avropa və ABŞ qazana biləcəkmi? Dünyada din böhranı...

Dünya mediası bu gün nədən yazır?

New York Times qəzeti yazır ki, Azərbaycanın tanınmış insan haqları müdafiəçisi Leyla Yunus 3 aylığa həbs olunub.

Dövlət ittihamçısı Leyla Yunusu dövlətə xəyanətdə, vergidən yayınmada, qanunsuz biznesdə və başqa cinayətlərdə ittiham edir.

Onun həyat yoldaşı, tanınmış tarixçi Arif Yunus oxşar ittihamlarla üzləşib, ancaq sağlamlıq problemlərinə görə, həbsxanaya salınmayıb. Ancaq o Bakını tərk edə bilməz.

Qəzet Bakıdakı insan haqları müdafiəçilərinə istindala yazır ki, Leyla Yunus və Arif Yunus Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin səylərinə qoşulmuşdular. Onların hər ikisi Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyəti dövründə demokratik haqların yoxluğunu tənqid edirdi.

Qəzet bildirir ki, Lieyla Yunus Azərbaycan hökumətini siyasi səbəblərə görə 140 adamı həbsxanaya salmaqda və ölkənin neft gəlirlərini korrupsiya ilə mənimsəməkdə ittiham edirdi və bununla hökuməti çətinə salırdı.

Qəzet onu da qeyd edir ki, Azərbaycan hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.

UDAN ÇİN OLACAQ

Project Syndicate məcmuəsində Moskvadakı Karnegie Məkəzinin rəhbəri Dmitri Trenin yazır ki, Ukrayna böhranına görə Rusiya haqq ödəyir və ödəyəcək. Ancaq Rusiyanın itirdiyini Avropa və Yaponiya qazana biləcəkmi?

Trenin hesab edir ki, Ukrayna münaqişəsi ABŞ-ın Avropaya münasibətdə mövqeyini gücləndirəcək. Yaponiya kimi şərq müttəfqilərinə münasibətdə də ABŞ-ın mövqeyini güclənəcək. Çünki Yaponiyanın, Avropa Birliyinin Rusiya ilə iqtisadi əlaqələri ABŞ-ın Rusiya ilə əlaqələrindən daha genişdir və sanskiyalardan Yaponiya və Avropa Birliyi ABŞ-a nisbətən daha çox itirəcək.

Yeganə istisna Çindir. Treninin fikrincə, Ukrayna böhranının əsil qalibi Çindir. Çünki ABŞ və onun müttəfiqləri Rusiyadan üz çevirdikcə Rusiyanın yeganə ümidi Çin olacaq.

DİN BÖHRANI

Wall Street Journal qəzeti yazır ki, dünyada din böhranı yaşanır. İnsanlar öz inandıqlarına azad inana bilmirlər. Suriyada Homs şəhərində münaqişə başlananda burda 160 min xristian var idi, indi cəmi 1000 xristian qalıb. Bashar Assad hökuməti vətəndaş müharibəsini həm də dini cəbhədə aparır. Dini qruplar siyasi təhlükə mənbəyi hesab olunur.

Çində müsəlman uyğurları, Tibet buddistlərini və qeydiyyatdan keçməyən xristianları sıxışdırırlar.

Almaniyada isə son sorğuda yəhudilərin 68 faizi deyib ki, anti-semitizm son 5 ildə güclənib.

Qəzet yazır ki, sülhpərvər din siyasi istibdad və sosial xaos əleyhinədir. Harda ki, siyasi tiraniya və sosial qayda-qanunsuzluq var, orda sülhpərvər dinə hücumlar var.

QƏRB PULU OLMASA...

Moscow Times qəzeti Avropa Birliyinin və ABŞ-ın Rusiyaya qarşı sanskiyaları barədə yazır ki, Avropanın nağd pulu olmasa, Rusiya biznesi batacaq.

Qərbin yeni sanksiyaları Rusiya şirkətlərinin və banklarının borc ala bilməsini məhdudlaşdırır, bu isə o deməkdir ki, onlar həmin pulu daha yüksək faizlə tapa biləcəklər.

Rusiyada belə bir fikir var ki, sanskiyalar bəlkə də yaxşıdır, çünki Rusiya məcbur olub, lazım olan sahələri özü inkişaf etdirəcək.

Ancaq qəzet hesab edir ki, bu, işləməyəcək.

Kreml Rusiyanı Cənubi Koreya və ya Tayvan kimi dinamik inkişaf edən dünya səviyyəli ölkə görmək istəyir, ancaq qəzet hesab edir ki, Rusiya Cənubi Koreya yox, Argentina olacaq. Argentina kimi yuxulu, bahalı və keçmişdən ayrıla bilməyən ölkəyə çevriləcək.

XS
SM
MD
LG