Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:03

Cəbhə xəttində gərginlik [Video]


-

Hərbi ekspertlər Üzeyir Cəfərov, Cəsur Sümərinli, siyasi şərhçilər Yeganə Hacıyeva və Elxan Mehdiyev bu haqda danışırlar.

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

Üzeyir Cəfərov məsuliyyətsizlikdən bu qədər itkinin olduğunu deyir:

«İyulun 31-dən avqustun 1-ə keçən gecə düşmən ön xəttə basqın edib. Daha sonra arxada dincələn əsgərlər də öldürülüb. Silah-sursat, rabitə avadanlığı götürülüb. Hücum edən tərəf həmişə böyük itki verir. Ermənistan silahlı qüvvələrinin itkisi isə axşam olmayıb. Müdafiə Nazirliyi nəyi dəqiqləşdirir, bilmirəm. Əsgərlərin adı da, soyadı da bəllidir. Bizdə olan məlumata görə, itki 12-13 nəfərə çatıb. Rəsmi rəqəmdə 8 nəfərin öldüyü bildirilir. Ön xətdə olan komandir məsuliyyətsizliyi, boşluq bu hadisəyə səbəb olub. 1992-ci ildən bu yana bu qədər itki olmayıb. Ölkə rəhbərliyi soruşmalıdır ki, necə hücumun qarşısı alınıb ki, bu qədər itki var. Hara baxırdı kəşfiyyat? Xalqdan üzr istəməlidirlər. Ali baş komandan hələ də susur».

Hərbi ekspert hesab edir ki, ön xətdə əsgər sayının azlığı da əsas səbəblərdəndir:

«Ön xətdə əsgərləri az sayda, imkansız əsgərləri saxlayırlar. Bir əsgər özünün və digərlərinin əvəzinə 6-7 saat postda durmalı olur. Fiziki cəhətdən yorulur. Düşmən də, bunu hiss edir. Ölkədə hərcmərclikdir. İstənilən məsələni tanışla, pulla həll edirlər».

XS
SM
MD
LG