Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:23

Ashton Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində atəşkəsə çağırır


Avropa Birliyinin xarici siyasət rəhbəri Ashton Dağlıq Qarabağda tərəfləri atəşkəs rejiminə əməl etməyə , gücdən istifadədən çəkinməyə çağırıb.

Ashtonun bəyanatında deyilir ki, Avropa Birliyi son günlərin silahlı insidentlərindfən dərin narahatdır. Vurğulanır ki, Dağlıq Qarabağ ətrafında təmas xəttində və Azərbaycanla Ermənistanın sərhəddində Insan tələfatı var.

Ashton tərəfləri gücdən istifadə ilə hədələməkdən də çəkinməyə çağırır. O bildirib ki, Avropa Birliyi Minsk qrupu çərçivəsində münaqişənin həllinə kömək etməyə hazırdır.

XS
SM
MD
LG