Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Tənqidi düşüncəni formalaşdıran universitet


Esseks Universitetində tələbəni əzbərləmə vərdişindən mümkün qədər uzaqlaşdırırlar
Esseks Universitetində tələbəni əzbərləmə vərdişindən mümkün qədər uzaqlaşdırırlar

Əsası 1965-ci ildə qoyulan Esseks Universiteti Böyük Britaniyanın ən qədim şəhərlərindən biri - Kolçester şəhərində yerləşir. Esseks universitetinin yaşının az olmasına baxmayaraq, burada təhsilin səviyyəsi heç də Oksford və Kembric universitetlərindən geri qalmır. Burada da tələbələr üçün laboratoriyalar, klublar, dərnəklər, idman kompleksi, yataqxana və “Albert Sloman” adı ilə tanınan çox zəngin kitabxanası var. Universitetdə maliyyə, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq menecment, sosiologiya, palitologiya, riyaziyyat, iqtisadiyyat və digər ixtisaslar üzrə üç illik bakalavr, bir illik isə magistr dərəcələri üzrə təhsil almaq olar. Amma onu da qeyd edim ki, Esseks Universiteti daha çox beynəlxalq insan hüquqları, iqtisadiyyat və dövlət idarəçiliyi üzrə təhsil verməkdə liderliyi əlində saxlayan universitetlərdən biridir. Bu ali məktəbin məhz beynəlxalq insan hüquqları ixtisası üzrə bir illik magistr təhsili almış Fərid Əhmədov deyir ki, universitetdə həm də İnsan Hüquqları Mərkəzi fəaliyyət göstərir və bu mərkəzlə əlaqəli olan tələbələr burada böyük bir təcrübə keçmiş olurlar. «İnsan hüquqları mərkəzi ona görə bütün Avropada məşhurdur ki, burada nəzəri tədqiqatlarla yanaşı, həm də Avropa məhkəməsi çərçivəsində işlər aparılır».


Fərid Əhmədov deyir ki, Esseks Universitetində tədris əsasən tədqiqat, təhlil aparmanın, tənqidi düşüncəni formalaşdırmağın üzərində qurulub: «Burada tələbəni əzbərləmə vərdişindən mümkün qədər uzaqlaşdırırlar. Xüsusilə humanitar fənlərdə tələbəyə öyrədilir ki, o, faktları necə təhlil etməlidir, yeni vəziyyətə necə uyğunlaşmalıdır. Burada müəllimlərin bir tələbi də odur ki, fikri mümkün qədər qısa ifadə etmək lazımdır. Hətta yazı yazdırarkən tələbələrə müəyyən limit də verilir ki, məsələn, sən ən çox 3000 sözdən istifadə edərək fikrini bildirməlisən».


Əksər universitetlər kimi, Esseks universitetinə də qəbul olmağın iki yolu var. Bir fərdi şəkildə, bir də ki, təhsil proqramları vasitəsilə. Esseks universitetində tədris ödənişli olduğundan fərdi şəkildə müraciət edən tələbə imtahan verdikdən sonra tədris haqqını ödəməlidir. Burada bir illik tədris haqqı 13-17 min Amerika dolları arasındadır. Amma azərbaycanlı tələbələrin bu universitetdə pulsuz-parasız oxumaq şansı da var. Bunun üçünsə gərək «Soros fondu» və «British Council»un hər il həyata keçirdiyi təhsil proqramlarında qalib gələsən. Hər iki təşkilat imtahanı payız aylarında keçirir. İmtahanlar 3 mərhələdən – ərizə formasını doldurmaq, müsahibə və ingilis dili imtahanından ibarət olur. Bu mərhələlərdən keçmiş Fərid deyir ki, imtahandan uğur qazanmaq üçün çox çalışmaq lazımdır, amma heç kim düşünməsin ki, imtahandan keçmək mümkün deyil.


İsti yay günlərində harada dincəlirsiniz?


İsti yay günlərində tətilinizi harada, necə keçirim suallarına cavab axtarırsınızsa, diqqət edin. Bu dəfə sizə Mərdəkan dendrarisindən xəbər verirəm.


İndi Mərdəkan dendrarisi kimi tanıdığımız bağ 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var.


Bağın elmi işçisi Afət Bağırlı: «Mərdəkan dendrarisində həm də bir əsr yaşı olan İtaliyanın Qotik üslubunda tikilmiş qədim bir bina da var. Məhz bu bina bir çox kinorejissorların diqqətini çəkib, “Arşın mal alan”, “Qorxma mən səninləyəm” və bir neçə başqa filmlərdən kadrlar məhz burada çəkilib.


Bağda gəzərkən burada istirahət edən məktəblilər, tələbələrlə də rastlaşdım. Həmsöhbətlərim hamısı burdakı istirahətdən çox məmnun idilər.


DİNLƏYİN!


XS
SM
MD
LG