Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:06

Əlifba və Dil Günü dövlət səviyyəsində keçirilməyəcək


Dilçi-alim Kamil Vəli Nərimanoğlu
Dilçi-alim Kamil Vəli Nərimanoğlu

Avqustun 1-də Əlifba və Azərbaycan Dili Günü münasibətilə rəsmi dövlət tədbirinin keçirilməsi nəzərdə tutulmur. Bunu «Azadlıq» radiosuna Dövlət Dil Komissiyasından bildiriblər.


Əlifba Günü ana dilinin problemlərindən danışanda dilçi alimlər daha çox orfoqrafiya problemlərini qabardırlar. Məsələn, hazırda Azərbaycan əlifbasında ayrıca apostrof işarəsi olmasa da, hələ də bəzi nəşrlərdə apostrofdan istifadə olunur.


Dilçi-alim Kamil Vəli Nərimanoğlu deyir ki, bundan başqa da düzgün yazılışla bağlı xeyli problemlər həllini gözləyir: «Çətin yazılan sözlərin yazılışı dəqiqləşməlidir, bitişik yazılan sözlərə aydınlıq lazımdır, durğu işarələri ilə bağlı müəyyən mətləblər aydınlaşmalıdır».


Cənab Nərimanoğlunun sözlərinə görə, Azərbaycan dilinin orfoepiya-sözlərin tələffüz qaydaları da hələ müasir şəkildə işlənməyib. Bu qaydalar da hazırlanmalıdır.


Bu yaxınlarda təsis olunmuş Azərbaycan Dil Qurumunun fəalları isə ədəbi dil normalarının qorunmasıyla yanaşı, küçə reklamlarının dilinə də nəzarət edirlər.


2001-ci il avqustun 1-dən Azərbaycanda kiril qrafikasından latın qrafikasına keçilib. Sonradan həmin gün Əlifba və Azərbaycan Dili Günü kimi rəsmi bayram elan edildi.


XS
SM
MD
LG