Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:10

DNF-in pulları ilin ilk 6 ayı ərzində 10 faiz artıb


Dövlət Neft Fondundakı (DNF) pullar ilin ilk 6 ayı ərzində 10 faiz artıb və 1 milyard 400 milyon dollara yaxınlaşıb. Bu barədə fondun rəhbəri Şahmar Mövsümov bildirib. İlin əvvəlindən DNF-dən təxminən 350 milyon dollar xərclənib. Həmin pulların böyük hissəsi dövlət büdcəsinə ötürmələrdir. Bundan başqa, neft pulları qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılmasına və Bakı-Tbilisi-Cenyhan neft kəmərinin tikintisində Azərbaycanın üzərinə düşən işlərin maliyyələşdirilməsinə xərclənib.



XS
SM
MD
LG