Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

Tarif Şurası nəqliyyatda gediş haqqını qaldıra bilər


Bakıya 60-65 min dollar qiymətində rahat və daha çox sərnişin tutan avtobuslar gətiriləcək.
Bakıya 60-65 min dollar qiymətində rahat və daha çox sərnişin tutan avtobuslar gətiriləcək.

Tarif Şurasının yaxın vaxtlarda keçiriləcək yığıncağında nəqliyyatda gediş haqqı qaldırıla bilər. Bu barədə məlumat verən Nəqliyyat nazirinin müavini Musa Pənahov əlavə edib ki, hazırda sərnişindaşımanın maya dəyəri ilə bağlı araşdırmalar gedir: «Hazırda söhbət maya dəyərinin dəqiqləşdirilməsindən gedir. Qiymətlərin artırılması ilə bağlı ehtimal da var».


Cənab Pənahov onu da deyib ki, Bakıya 60-65 min dollar qiymətində rahat və daha çox sərnişin tutan avtobuslar gətiriləcək. Onlar kiçik tutumlu marşrut avtobuslarını əvəz edəcək. Musa Pənahov bununla nazirliyin paytaxtdakı tıxac problemini aradan qaldırmaq istədiyini deyir. Kiçik tutumlu avtobuslar isə şəhərətrafı marşrutlarda işləyəcək.


XS
SM
MD
LG